
Xankəndidə quraşdırılmış "Biz və bizim dağlar" abidəsi sökülüb.
Bu barədə şəhər rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.
“Son günlərdə ucaldılmış abidə ilə bağlı ziddiyyətli fikirləri və ictimaiyyətin birmənalı olmayan münasibətini nəzərə alaraq, abidənin Xankəndi Bələdiyyə Başçısının qərarı ilə sökülməsi tapşırığı verilib.
Bildirilib ki, şəhər rəhbərliyi əhalini narahat edən problemləri həll etməyə və onların konstruktiv tələblərinə cavab verməyə hazırdır. Abidə sehrli simvol elementlərindən ibarətdir. Sakinləri bu abidədə satanizm əlamətlərini görmüş və bu nəticədə cəmiyyətdə narazılıq yaratmışdı.
Qeyd edək ki, “Biz və bizim dağlar” abidəsi Xankəndi şəhərinin şimalında 1967-ci ildə ucaldılmışdır.
Tarix: 26-05-2021, 08:03