"Ağdərə-Vardenis yolunun ermənilər üçün açılması ilə bağlı danışıqlar gedir" - Balasanyan



"Ağdərə-Vardenis yolunun ermənilər üçün açılması ilə bağlı danışıqlar gedir" - Balasanyan
Bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizliç şurası”nın “katibi” Vitali Balasanyan deyib
"Martakertdən (Ağdərə - red.) Vardenisə gedən yolun açılması ilə bağlı danışıqlar davam edir".

Qazet.az-ın məlumatına görə, bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizliç şurası”nın “katibi” Vitali Balasanyan deyib.

“Bu istiqamətdə işlər davam edir, sülhməramlı qüvvələr danışıqlar aparır. Hələ ki, işlər yekunlaşmayıb. Ağdərə-Çaraktar-Zod-Vardenis yolu səyahət üçün silahsızlaşdırılmalıdır. Hazırda azərbaycanlılarla bərabər, onların malları da Qırmızı Bazardan Şuşaya, Suqovuşandan Kəlbəcərə gedir. Bizim vəziyyətimiz də eyni olmalıdır”, - Balasanyan bildirib.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Ağdərə bölgəsindəki müxtəlif kəndlərin erməni sakinləri rus sülhməramlılarının müşayiəti ilə Azərbaycan maşınlarının yolunu bağlayıblar. Etirazçılar sülhməramlılardan Azərbaycanın nəzarətində olan yollarda (Ağdərə-Vardenis və Ağdərə-Əsgəran-Xankəndi) ermənilər üçün gediş-gəlişin açılmasına dəstək olmalarını istəyiblər.
Tarix: 10-05-2021, 23:58
Xəbəri paylaş



Xəbər lenti