“Azərbaycan erməni terrorçuların qaytarılması məsələsinə baxa bilər, amma…”


“Azərbaycan erməni terrorçuların qaytarılması məsələsinə baxa bilər, amma…”
Deputat: “Hadrut meşələrində, dağlarında qoşunlarımıza qarşı partizan müharibəsi” təşkil etmək istəyirdilər”
 
Mayın 4-ü axşam üç erməni əsirin sərbəst buraxıldığı və rus sülhməramlılarının komandiri Rüstəm Muradovun təyyarəsində İrəvana göndərildiyi barədə məlumat yayıldı. Həmin gün axşam erməni mətbuatı Muradovun təyyarəsinin üç hərbçini - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı İrəvana gətirdiyini təsdiqlədi.
 
Bunlar 2020-ci il 10 noyabr tarixli razılaşmadan sonra Qarabağda saxlanılan hərbçilərdir.
 
“İstintaq zamanı onların Azərbaycanın hərbi və mülki şəxslərinin qətllərində iştirak etmədikləri məlum oldu”, - deyə “Turan” xəbər verir.
 
Bu günə qədər Azərbaycan 2020-ci ilin dekabrında tutulan 62 əsirin mövcudluğunu tanıyır. Erməni tərəfi Azərbaycanda 200-dən 300-ə qədər əsir erməninin əsir olduğunu iddia edir.
 
Hamı bilir ki, son aylarda bir çox beynəlxalq strukturlar, təşkilatlar, müxtəlif dövlətlərin parlamentləri müharibəni bitirdikdən xeyli sonra azad edilmiş ərazilərdə saxlanılan erməni hərbçilərinin azadlığa buraxılması üçün Azərbaycana çağırışlar və hətta tələblər edir. Və rəsmi Bakı, yəqin ki, artıq müxtəlif saytlarda, müstəvilərdə onlara dəfələrlə izah edib ki, hansı  səbəbdən 10 noyabr tarixli atəşkəs razılaşmasına uyğun olaraq, əsirlərin dərhal sərbəst buraxılması şərti bu insanlara şamil edilə bilməz.
 
Ancaq vəziyyət dəyişmir. Və sonra sual yaranır: niyə? Məgər onlara hər şey lazımi qədər aydın deyilmi? Bəs Qərb siyasətçilərinin bu qəribə israrını necə izah etmək olar?
Rasim Musabəyov: “Türklərin ermənilər və azərbaycanlılar arasında durmağı  məntiqsizdir” – Qalmaqal böyüyür - Sozcu.az
Milli Məclisin üzvü, politoloq Rasim Musabəyovun AYNA-ya dediyinə görə, ABŞ-da və Avropada ermənilərin həmişə çoxlu qəyyumları olub: “Hər şey onlar üçün sadə görünür. Müharibə bitdi. Bütün hərbi əsirlər sərbəst buraxılmalıdır. Ancaq bu insanların hansı şəraitdə əsir götürüldükləri bu “xeyirxahları” maraqlandırmır. Vəziyyətin əksinə olacağını və bizim hərbçilərimizin əsirlikdə olduğunu təsəvvür etsək, çətin ki, bu “humanistlər” bizim uşaqlar üçün səsələrini qaldırardılar. Yeri gəlmişkən, eyni vəziyyət Birinci Qarabağ müharibəsindən sonra da yaranmışdı. Qərb “humanistləri”nin və insan haqları müdafiəçilərinin seçimli yanaşmaları ilə biz çoxdan tanışıq”.
 
““Şirak könüllüləri” deyilən 65 nəfərlik dəstə, 26 noyabrda atəşkəs əldə edildikdən sonra Üçtərəfli Bəyanatın tələblərini pozaraq Qarabağa göndərildi. Ermənilər döyüşlər zamanı tərk edilmiş kəndləri işğal edə biləcəklərinə inandılar, arxamızda qaldılar, ancaq hələ orada Azərbaycan postları yaranmamışdı. Bu kəndləri işğal etdikdən sonra ermənilər onları nəzarətlərində saxlamaq istəyirdilər. Bu, fırıldqçılıqdır. Hərbçilərimizi öldürdükdən sonra bu əsgərlərin əsir statusları təbii ki, təxribatçılara dəyişdi. Axı, bu ermənilər uğurlu bir ssenari reallaşsaydı, Hadrut meşələrində və dağlarında qoşunlarımıza qarşı “partizan müharibəsi” təşkil etmək istəyirdilər. Uğursuz oldu”, - deyə ekspert bildirib.
 
Musabəyov hesab edir ki, Azərbaycan onların qaytarılması məsələsinə baxa bilər, ancaq birtərəfli qaydada deyil: “Bunun üçün Ermənistan öz silahlı qüvvələrinin qalıqlarını ərazimizdən çıxarmalı, onları Azərbaycana qaytarmamaq barədə öhdəlik götürməli və Bakını minalanmış ərazilərin xəritələri ilə təmin etməlidir. İndiyə qədər İrəvan beynəlxalq təzyiqlər nəticəsində özünə lazım olanı alacağına ümid edərək, bundan yayınırdı”.
 
“Tezliklə gözləntilərinin səhv olduğunu başa düşəcək və işgüzar bir söhbət edəcəklər. Ermənilərin xarici havadarlarının müraciətlərinə gəlincə, güclü əsəblərimiz var. Bu cür çağırışlarla müraciət edən hər kəsə nəyi isə izah etməyə ehtiyac yoxdur. İzahatlar verilib. Ermənilər bunlardan xəbərdardırlar. Digərləri istəsələr, lazımi məlumatları əldə edə bilərlər”, - deyə deputat vurğulayıb.
Tarix: 7-05-2021, 10:45
Xəbəri paylaş



Xəbər lenti