“Ermənistan öhdəliklərdən boyun qaçırdığı üçün Azərbaycan qəti addımlar atmağa məcburdur” - Deputat




"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda saxlanılan erməni terrorçuları ilə bağlı məsələyə təsir etməsi gözlənilmir, çünki bu, məhkəmə mövzusudur. Ola bilər ki, Rusiya xarici işlər nazirinin səfəri çərçivəsində minalanmış ərazilərin xəritəsi məsələsi müzakirə olunar".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
 
Deputat qeyd edib ki, Sergey Lavrovun gəlişi üçtərəfli bəyanatda ermənilərin və rusların üzərlərinə götürdükləri öhdəliklərlə bağlıdır: "Ermənistan bəzi öhdəliklərindən boyun qaçırdığı üçün Azərbaycan bu istiqamətdə qəti addımlar atmağa məcburdur. Ermənistan iddia etdiyi kimi Azərbaycanda hazırda “əsir” deyil, erməni terrorçuları saxlanılır. Lavrovun Bakı səfərinin bu məsələyə təsir etməsi gözlənilmir, çünki bu, məhkəmə mövzusudur. Ola bilər ki, Rusiya xarici işlər nazirinin səfəri çərçivəsində minalanmış ərazilərin xəritəsi məsələsi müzakirə olunar. Amma hesab edirəm ki, bu mövzuda da ermənilər qondarma bir şey uydurub ortaya atacaqlar. İstənilən halda onların bu xəritənin həqiqi variantını təqdim etməməsi ehtimalı var. Bu səbəbdən, özümüz əraziləri minalardan təmizləməyə çalışmalıyıq ki, işlər başa çatsın və dönüş başlansın".
Tarix: 1-05-2021, 17:13
Xəbəri paylaş



Xəbər lenti