"Ermənilər Laçın dəhlizindən Qarabağa sərbəst gedib-gəldikləri üçün belə həyasızlaşırlar..." Ermənistan baş naziri Paşinyanın Zəngəzur ərazisinə, o cümlədən Meğriyə səfərinə qarşı kəskin etirazların təşkil edilməsi bir daha göstərir ki, qəsbkar ölkədəki müxtəlif xarici güclər tərəfindən yönləndirilən revanşist qüvvələr Naxçıvana dəhlizin açılmasına qarşı güclü dirəniş göstərməyə çalışırlar. İrəvandakı siyasi dairələr isə Meğri dəhlizinin açılması üçün Azərbaycana qarşı daha ağır şərtlər irəli sürülməsinə cəhd göstərirlər.
Moderator.az xəbər verir ki, erməni politoloq “Sputnik Aremeniya”ya açıqlamasında Azərbaycana qarşı sürüləcək yeni şərtlərdən danışıb.
“Politoloqun fikrincə, azərbaycanlıların Meğridən keçməklə hərəkəti 2 ilkin şərtlə mümkündür. Birincisi, Rusiya sülhməramlılarının Naxçıvanda da yerləşdirməsinə razı olmalıdırlar. İkincisi, Qarabağın statusu məsələsi yerli əhalinin iradəsi ilə həll olunmalıdır” – erməni nəşri belə yazır.
P.S. Ermənilər Laçın dəhlizindən Qarabağa sərbəst gedib-gəldikləri üçün belə həyasızlaşırlar... Sultan Laçın
Tarix: 22-04-2021, 11:22