"Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi hakimiyyət məğlubiyyətə görə bütün məsuliyyəti hərbçilərin üstünə atır". Bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika partiyasının üzvü Artak Zakaryan "Facebook" səhifəsində yazıb.
"Hələ noyabrın 12-də Baş Qərargah rəisi Onik Qasparyanın iş otağında ona xəbərdarlıq etdim ki, bir müddət sonra müharibənin bütün günahı ordunun üzərinə atılacaq. O, mənimlə razılaşmadı, inanmadı və bildirdi ki, mükafatlandırmaya da, tənqidlərə də hazırdırlar.
Dünən Nikol Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayanın dili ilə İctimai Televiziyanın efirində ordu rəhbərliyini günahlandırdı", -deyə Zakaryan qeyd edib. Onun sözlərinə görə, Paşinyan müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışır:
"Əgər Paşinyana inansaq, o, heç nədə günahkar deyil və heç vaxt da günahkar olmayıb. Guya Paşinyan müqəddəsdir. Ondan başqa hər kəs günahkardır. Budur populizmin meyvələri. Cənab generallar və zabitlər məhkəməyə hazır olun".
Tarix: 18-04-2021, 19:45