Qarabağ Qazisindən İsa Sadıkovun "türklər olmasaydı" atmacasına SƏRT İTTİHAM... - "Bu qələbənin bir müəllifi var..."
44 günlük Qarabağ savaşı haqda haqlı, haqsız müxtəlif fikirlər səslənir. Bu sırada xüsusi qıcıq doğuran məqamlardan biri də qazanılan zəfərdə Azərbaycan ordusunun zəhmətini heçə endirməkdir. "Tərtər işi"ndən də ilhamlanan bu qüvvələr qələbəni bütövlükdə xarici təsirlərə bağlamaqdan belə çəkinmirlər. Hazırda ölkədən kənarda olan keçmiş hərbçi Isa Sadıqovun "Bizim generallara qalsaydı yenə məğlub olacaqdıq, yaxşı ki türklər gəldi bizi bundan xilas etdi" fikri də eyni mənbədən qaynaqlanır.
Məsələ ilə bağlı II Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan zabit, VHP sədrinin müavini Nəsimi Şərəfxanlı Moderator.az-a münasibət bildirib.
O qeyd edib ki, II Qarabağ savaşı ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin imicinə azacıq belə kölgə salacaq fikir söyləmək yüngül desək vicdansızlıqdır:
"Bu savaş Azərbaycan xalqının 7-dən 77-yə, süpürgəçisindən prezidentinə qədər bir yumruq olduğu və qalib gəldiyi savaşdır. 44 günlük döyüşlərdə Azərbaycan ordusu bütün dünyaya qəhrəmanlıq və vətəndən vazkeçilməzlık örnəyi göstərdi. Tək Şuşa əməliyyatı bəs edər ki, bundan yüz il sonra da dünya hərb tarixində Azərbaycan ordusunun zəfəri öyrənilsin". Ittihamlar sırasında yüksəkçinli Azərbaycan hərbçilərinin olmasına, "bizim generallara qalsaydı" fikrinə gəldikdə isə N.Şərəfxanlı bildirdi ki, II Qarabağ savaşı əsgərlə generalın bir səngərdə durduğu savaş olub:
"Mən Cəbrayıl və Qubadlıda korpus komandiri, general Mais Barxudarovun və onlarla yüksək çinli zabitimizin açıq atəş altında əsgərlərlə birgə, qəhrəmancasına döyüşdüyünün şahidi olmuşam. Bu istiqamətdə döyüşlərdə iştirak edənlər korpus komandirinin müavini, milli qəhrəman Şükür Həmidovun şəhidliyi və döyüşündən xəbərdardır. Hikmət Həsənov, Tehran Mənsimov, Hikmət Mirzəyev kimi bu savaşda tarix yazan general və polkovniklərimiz var. Azərbaycan ordusu Polad Həşimov kimi general zirvəsinə sahibdir. Bütün bunların müqabilində belə fikirlər səsləndirmək ya məlumatsızlıq, ya da qərəzlilik əlamətidir".
Qarabağ veteranı savaşda qazanılan qələbəyə "türklər olmasaydı" fikrinə də münasibət bildirib. O deyib ki, azad edilən bütün ərazilərdə Azərbaycan əsgəri döyüşüb:
"Bəli, Türkiyənin, Israilin və digər ölkələrin müasir silahları bu savaşda mühüm rol oynayıb. Bunu danmaq olmaz. Amma onu da unutmaq olmaz ki, bu silahlara dövlətin iqtisadi gücü ilə sahib olmuşuq. Təlim keçən kənar ölkə zabitlərinin əməkhaqqı da bu dövlətin potensialı hesabına ödənilib. Bir sözlə bu qələbənin bir müəllifi var: Azərbaycan xalqı".
Tarix: 10-04-2021, 15:55
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”