İveta Tonoyan : Azərbaycan tərəfi sürətlə xəndəklər qazır və Sünikdə yeni mövqelər tutur”




“Ölkədəki və xüsusilə Sünikdəki vəziyyət narahatlıqları getdikcə artırır”.

Pravda.az xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü İveta Tonoyan parlamentdəki brifinqdə bildirib.

O deyib ki, Azərbaycan tərəfi sürətlə xəndəklər qazır və Sünikdə yeni mövqelər tutur. Bu faktı artıq hakimiyyət nümayəndələri də inkar etmirlər. Millət vəkili Sünikin qapılarının azərbaycanlılar üçün açıq olduğunu vurğulayıb.

Millət vəkili hakimiyyətin nə qədər zəif və qorxulu olduğunu önə çəkib.

Deputat qeyd edib ki, hökumətin 1 mart mitinqi dövlət və inzibati resurslardan istifadə ilə bağlı bütün rekordları qırıb.


Konkret.az
Tarix: 6-03-2021, 08:30
Xəbəri paylaş



Xəbər lenti