"Laçın üçün çalışıdığımız zaman Kəlbəcər-Vardenis yolunu da ermənilər üçün açarıqsa..."
Son günlər ermənilərin Kəlbəcər yolundan istifadə etmək arzuları ilə bağlı piket keçirməsi və rus qüvvələrinin həmən gəlib onlarla danışıq aparması və bu hadisənin həmən Rus və erməni mətbuatında geniş işıqlandırılması təsadüfi də deyil və açıq aşkar görünürdü ki, qurma məsələdir. Bu məsələ Stepankertdəki qüvvələr tərəfindən qaldırılmır , “yerli əhalinin əli ilə“ edilir. Çünki Rus qüvvələrinin işi oradakı “əhalinin” problemlərini həll etməkdir.
Burada taktika belədir. İstənilən məsələni qaldır və həmən Putinə çatdır və o da təbii öz növbəsində Bakı ilə danışacaq. Ya həll edəcək ya da gündəmdə saxlayacaq. Çox asan, sadə və faydalı taktikadır. Nə itirir ki, ermənilər. Heç nə. Əksinə, qazanır. Burada Rusiyanın da marağı heç də Drombondan İki ermənini Vardenisə müşayət etmək deyil, bu yolu da “zona otvetsvennosti” etməkdir.
Ortaya çıxan əsas sual budur ki, yaxşı, bu Azərbaycanın dövlət sərhədləri yoxdur? Yoxsa Azərbaycanın ermənilər üçün sərhədləri açıqdır?
O zaman Azərbaycan əsgəri Kəlbəcər və Laçının 3500 km hündürlüyündə nə üçün keşik çəkir? Əsgərlərimizin sağlamlığı hesabına dağları qorumaq nə məna daşıyır? Onsuz da ermənilər Laçından sərbəst gedib gəlirsə, o zaman elə sərhədi pozmaq istəyən niyə dağlardan keçməlidir ki, Laçından sərbəst gəlib gedəcək və öz işini də görəcək. Bu cür suallar hamını düşündürür.
Biz Laçın üçün çalışıdığımız zaman Kəlbəcər yolunu da ermənilərə sərbəst gəliş gediş üçün açarıqsa, o zaman Azərbaycanın təhlükəsizliyindən danışmaq mümkünmü? Əsla yox.. Çünki dövlət ilk növbədə öz sərhədlərini qoruyur. O zaman belə çıxır ki, bizə düşmən olan Ermənistanla sərhədlər açıq qalır və dost olan Türkiyə, Gürcüstan və ya Rusiya və İranla sərhədlər bağlı olur? Hansı məntiqə sığır bu. Azərbaycanda kim bunu qəbul edər?
Bu işi legallaşdırmaq üçün son günlər Lavrov da araya girmişdir. O Ermənistan rəsmi və qeyri rəsmilərinin Azərbaycana gəlməsində heç bir problem görmədiyini bildirir. Və Laçın koridorunun həmişə danışıqlarda mövzu olduğunu bildirir. Mövzu olmuşdur, amma heç kim bununla bağlı razılığa gəlməmişdir. Lavrova görə bütün 6 prinsip üzrə razılıq olmamış və bircə Laçın üzrə razılıq olmuşdur? Bu heç vaxt olmamışdır. Lavrov yaxşı bilir ki, Minsk Qrupunun rəsmi prinsipinə görə danışıqlarda bütün məsələlər üzrə razılıq yox idisə, heç bir məsələ ilə bağlı da razılıq yox idi. Heç vaxt da razılıq olmamışıdır.
Digər tərəfdən görünən odur ki, Lavrov Azərbaycanı heç dövlət kimi görmür. Rusiyaya getdiyin zaman 3 nəzarət nöqtəsindən keçdiyin halda, Azərbaycanla müharibə vəziyyətində olan ölkənin vətəndaşlari Azərbaycana nə cür sərbəst gedib gələ bilər?. Axı Rusiya Prezidenti Putin beynəlxalq hüquqa görə DQ Azərbaycandır deyir. O zaman Lavrovun bu cür izahatı nə deməkdir?
Qısa olaraq, Həm Rusiyaya və həm də ermənilərə bildirmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulandan sonra və ancaq Kəlbəcərdə sərhəd keçid məntəqəsi qurulandan sonra ermənilər də Kəlbəcər yolundan istifadə edə biləcəklər. O zamana qədər bu mümkün deyildir.
Ermənilərə öyrədiblər ki, deyin “niyə Azərbaycanlılar Agdərə -Kəlbəcər yolunu istifadə edir, biz isə bu yoldan istifadə edə bilmirik. Və bu 10 Noyabr anlaşmasına ziddir..” Ağdərə-Kəlbəcər yolu ölkə-daxili yollardır. Bu beynəlxalq yol deyil. DQ erməniləri də daxili yollardan istifadə edə bilər. Ancaq Agdərə - Vardenis yolu artıq beynəlxalq yoldur. Sərhəd keçid məntəqəsi olmayınca ermənilər bu yoldan istifadə edilə bilməz!.
Elxan Mehdiyev, Konfliktoloq
Tarix: 20-01-2021, 22:18