Kremlin Qarabağdakı “B planı” - “Sürətli və qanunsuz köçürmə... ”
Azərbaycan 2020-ci ildə elə bir tarixi qələbə qazandı ki, əks-sədası dünyanın dörd bir yanından gəlməkdədir. Bu zəfər həm də bir millət olaraq həmrəyliyimizi, birliyimizi dünyaya nümayiş etdirdi. Planetin ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılar gecə-gündüz eyni duanı etdilər, oxşar hissləri yaşadılar. Xüsusilə də hadisələrə az-çox bələd olanlar, mütəxəssislər. Onlar ciddi təhlillər aparır və bununla sanki hadisələri qabaqlamağa çalışaraq təsəlli tapırdılar. Həmin ekspertlərin beyinlərində hətta bu gün də - torpaqlarımızın böyük bir hissəsini geri qaytardıqdan sonra da xeyli sual var. Baş verən siyasi proseslər onların haqlı olduğunu göstərir.
Biz də “Sherg.az” olaraq öz növbəmizdə Türkiyədə yaşayan soydaşımız, Kahramanmaraşın Sütçü İmam Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Toğrul İsmayılla söhbətləşib, oxucularımızı narahat edən məqamlara qismən də olsa aydınlıq gətirməyə çalışdıq:
- Sizcə, müharibənin başlanmasını zəruri edən səbəblər nələr idi?
- Otuz il müddətində keçirilən diplomatik görüşlər artıq “dalana dirənmişdi”. Danışıqlar heç biri nəticə vermirdi. Həmçinin ATƏT-in Minsk qrupu da fəaliyyətsizliyi ilə seçilirdi. Beləliklə, Azərbaycan öz gücünə arxalanaraq və beynəlxalq hüququ, mövcud geosiyasi vəziyyəti nəzərə alaraq əks-hücum əməliyyatlarına başladı. Bu, doğru qərar idi. Hər şey çox dəqiq hesablanmışdı. Əks halda biz cəmi 44 gün ərzində belə böyük nəticə qazana bilməzdik.
- 10 noyabr bəyanatını necə qiymətləndirirsiniz?
- Əlbəttə, üçtərəfli razılığın ən mühüm müsbət nəticəsi üç rayonumuzu döyüşsüz geri almaq və bilavasitə daha az itki verməyimiz idi. Azərbaycanın tarixi zəfərinə heç kimin şübhəsi olmasın. Lakin onu da deməliyəm ki, bu sənəd bizim başlatdığımız işin tam sona çatmasına mane oldu. Yəni Rusiya Ermənistanı xilas etdi. Razılaşma tələsik imzalandığına görə çatışmazlıqlar var. Lakin müvafiq görüşlər, müzakirələrlə həmin problemlər də həllini tapır. Hər halda qalib tərəf Azərbaycandır və bizim “əlimiz daha güclüdür”. Ən böyük üstünlüyümüz isə Türkiyənin də bölgədə olmasıdır.
- Baş verən hadisələrdə Kremlin istədiyi nədir?
- Rəsmi Moskva eyni ilə SSRİ dövründə olduğu kimi bölgəyə nəzarət etmək istəyir, buranı öz nüfuz dairəsində saxlamaq istəyir. O, 1994-cü ildən bu yana Cənubi Qafqazda status-kvonun saxlanılmasına çalışırdı. Bunun üçün əlindən gələni edirdi. İndiki şərtlər isə Rusiyanın ürəyincə deyil. Ona görə o, vəziyyət tam Azərbaycanın lehinə olduğu bir vaxtda məsələyə müdaxilə etdi. Şimal qonşumuz indi 1990-cı illər olmadığını, güclərin və vəziyyətin dəyişdiyini unutmamalıdır. Ola bilsin, özü də bunu başa düşür. Təsadüfi deyil ki, hətta istəmədiyi halda Türkiyənin Azərbaycanın yanında olmasını qəbul etdi.
- Bəs İranın proseslərdəki maraqları barədə nə düşünürsünüz?
- Həmin dövlət bölgədə öz nüfuzunu gücləndirərkən şiəliyə söykənir. Bu isə Azərbaycan kimi demokratik bir ölkə üçün məqbul deyil. Üstəgəl, İran regionda həm Azərbaycanın, həm də Türkiyənin nüfuzunun artmasından narahatdır. Bunun əsas səbəblərindən biri enerji layihələridir. Cənub qonşumuz hər vəchlə çalışır ki, iki qardaş ölkənin enerji layihələri kölgədə qalsın. 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi uğur rəsmi Tehrana ciddi təsir göstərdi. Nəticədə bir tərəfdən Ermənistanı dəstəkləyən İran digər tərəfdən sırf daxili təzyiqlərə görə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməyə məcbur qaldı. Amma söylədiyim kimi, İran müharibə dövründə düşmənə açıq-aydın dəstək verdi və bunu gizlətmədi. İndi isə yeni faktla- Azərbaycanın qələbəsinin gətirdiyi dəyişikliklərlə qarşı-qarşıyadır. İran sərhəddi indi tamamilə bizim nəzarətimiz altındadır. Yəni icazəmiz olmadan İranla Ermənistan arasında heç bir ticarət əlaqələri reallaşa bilməz. İkinci bir tərəfdən isə qeyri-rəsmi məlumatlara görə, savaş müddətində İran ərazisindən Qarabağa minlərlə terrorçu daşınırdı. Daha bu cür qanunsuz əməllərin də qarşısı alındı. Yəni rəsmi Tehran yeni reallıqları qəbul etməyə məcburdur.
- Məlum olduğu kimi, Qarabağdakı sülhməramlılar vəzifələrindən sui-istifadə edərək erməniləri açıq-aydın dəstəkləyirlər. Belə bir şəraitdə hansı addımlar atılmalıdır?
- Fikrimcə, sülhməramlıların vəzifəsi konkret olaraq müəyyənləşməlidir. Çünki onlar tərəfsiz davranmalıykən qondarma respublikanın qondarma prezidenti ilə foto çəkdirir, heç kimin tanımadığı “bayrağı” yuxarılarda asırlar. Hətta Azərbaycan prezidenti də sülhməramlıların vəzifələrindənkənar işlərlə məşğul olduğun deyib. İşləri erməni silahlılarının ərazidən çıxarılması və sülhün təmin edilməsi olduğu halda düşmənə ev tikir, köçkünləri bura qaytarırlar. Rusiyanın məqsədi aydındır: sülhməramlılarının Qarabağda davamlı olması. Amma bunun sadəcə 5 il müddətinə razılaşdırıldığını və tərəflər istəmədikcə uzanmayacağını nəzərə almaq lazımdır. Belə olan halda Kreml “B planı” kimi Qarabağda erməni əhalinin artmasına çalışır. Lakin Azərbaycanın nəzarətinin kifayət qədər olduğu və Ermənistanın iqtisadi cəhətdən çökdüyü bur vaxtda bu da mümkünsüzdür. Deməli, bircə yol var: ermənilər bizim vətəndaşlığımızı qəbul etməlidirlər. Əks halda regiondakı mövcudluqları sual altına düşəcək. Fikrimcə, bizim müvafiq qurumlar bəzi hallarda ləng tərpənir. Belə olmaz. Xəbərdarlıqlarımızı müntəzəm bildirməli və narazı olduğumuzu deməliyik. Başa salmalıyıq ki, Qarabağ bizim ərazimizdir və orada bizim qanunlarımız işləyir. Eyni qanunsuzluğu biz Rusiyaya etsək, xoşu gələrmi?!
- Türk sülhməramlılarının bölgədə yer almasının əhəmiyyəti nədən ibarət olacaq?
- Əlbəttə, bu, bizim xeyrimizədir. İlk növbədə ona görə ki, rus sülhməramlıları öz üzərlərində nəzarət hiss edəcəklər. Hər halda Türkiyənin Rusiyaya təsir gücü daha çoxdur. İkinci məsələ isə ondan ibarətdir ki, belə vəziyyətlərdə ölkələrin ərazi bütövlüyü və dövlət müstəqilliyi məsələsi gündəmə gəlir. Sayından asılı olmayaraq türk hərbçilərinin Qarabağda olması hər iki məqamın təminatçısıdır. Türkiyə Rusiya üçün çəkindirici qüvvə rolunu oynayır. Çünki rəsmi Ankara Moskvanın siyasətinə, taktikalarına, diplomatik gedişlərinə kifayət qədər bələddir. Tərəflər indiyədək bir çox yerlərdə, o cümlədən Suriyada qarşı-qarşıya gəliblər.
- Görünən odur ki, ermənilər hələ də olanlardan dərs çıxarmayıblar. Elə isə müharibənin yenidən başlanması ehtimalını necə dəyərləndirirsiniz?
- Ermənistanın revanşist ritorikası var və həmişə davam edəcək. Onların siyasətçilərinin heç biri uzaqgörən olmayıblar. Ona görə də bütün tarix boyu xalqlarını fəlakətə aparıblar, əhalini siyasi mənafelərinə qurban veriblər. Bu, hələ 1915-ci ildə Osmanlı dövründə də belə idi, indi də belədir. Görünür, onların yeni haray-həşirə, növbəti soyqırım fantaziyalarına ehtiyacları var. Fakt isə bundan ibarətdir ki, Ermənistan darmadağın edilib. Həm iqtisadi, həm siyasi cəhətdən böhran içindədir. Ona görə də müharibəyə başlamaq onun üçün intihar olar. Əgər Rusiyadan dəstək alacağını düşünürsə, çox yanılır. Hətta üzv olduğu KTMT-yə də ümid etməsin. Çünki bu qurumun işğalçını qorumaq kimi öhdəliyi yoxdur. Bizim üçün isə belə bir ehtimal o qədər də əhəmiyyətli olmamalıdır. Əgər yeni savaş başlayarsa, bu dəfə Azərbaycan əsgəri bizə İrəvandan salam göndərəcək. Yəqin, Ermənistan hərbi-siyasi hakimiyyətinin bunu düşünə biləcək qədər məntiqi var. Yəni səslənən bəyanatlar boş və qeyri-ciddidir.
-Azərbaycan prezidenti İlham Əliyev və türkiyəli həmkarı altılıq platformasının yaranması barədə anons veriblər. Yəni Ermənistan da həmin platformada ola bilər. Bu, hansı hallarda mümkündür?
- Əlbəttə, sözügedən ideya bölgənin gələcək inkişafı, burada sülh və əmin-amanlığın təmin olunması baxımından çox mühümdür. Sadəcə Ermənistanın öz məğlubiyyyətini qəbul etməməsinə və aqressiv siyasətindən əl çəkməməsinə görə biz bu platformanın cazibədarlığını kifayət qədər dərk edə bilmirik. Hərçənd belə bir təşəbbüs ən çox onun özü üçün lazımdır. Diqqət edin, Azərbaycan və Ermənistan eyni vaxtda müstəqil oldu. Hətta Ermənistan bizim torpaqlarımızı işğal etdiyinə görə daha uduşlu idi. Amma bu gün bu iki ölkə arasındakı inkişaf, güc fərqi müqayisə edilməz dərəcədədir. Deməli, “Böyük Ermənistan xəyalı” düşməni ancaq və ancaq uçuruma aparır. Biz bunu ötən otuz ildə də gördük. Belə ki, işğal etdiyi bölgəni nə inkişaf etdirə bildi, nə də bura yerli əhalini köçürməyi bacardı. Əgər rəsmi İrəvan inkişaf və tərəqqi istəyirsə, normal dövlət kimi davranmalı, qonşuluq siyasətinə keçməli və ərazi iddialarından əl çəkməlidir. Yalnız bundan sonra altılıq yarana bilər ki, bu da dediyim kimi, əslində ən çox aqressorun özünə lazımdır.
- Hadisələrin bundan sonrakı inkişafını, o cümlədən Xankəndi, Xocalı və Əsgəranın taleyini necə görürsünüz?
- Bütün məsələlər zamanla öz həllini tapacaq. Hər halda prosesin o qədər də sadə olmadığını və zaman alacağını etiraf etməliyik. Düzdür, Azərbaycan torpaqlarını azad etdi. Amma məcburi köçkünlərin ora köçürülməsi, infrastruktur yaradılması, təhlükəsizliyin təminatı də sabah həll olunacaq məsələlər deyil. Vaxta ehtiyac var. Qarabağda rus sülhməramlıları olsa da, olmasa da indi bizim qarşımmızdakı əsas vəzifə hərb meydanında qazandığımız ələbəni diplomatik müstəvidə təsdiqləməkdir. Elə etməliyik ki, beynəlxalq ictimaiyyət, hətta bəzən qərəzli mövqe tutanlar belə, ərazi bütövlüyümüzü tanısın. Bunun üçün gecə-gündüz, özü də olduqca mütəşəkkil çalışmalı, diplomatiyanın bütün imkanlarından yararlanmalıyıq.
Tarix: 12-01-2021, 12:41
-
Dünən, 22:37
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Dünən, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
Dünən, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Dünən, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...