“Ermənilər üçün “Şuşa nağılı” artıq bitib” - Hərbi ekspertlər


Ermənistan tərəfi hələ də məğlubiyyəti qəbul etməyərək, sosial şəbəkələrdə yalan məlumatlarla xalqını aldadır. Bəzi rütbə daşıyan erməni hərbçilər müharibənin hələ bitmədiyi barədə açıqlamalar yayırlar. Hətta Şuşanı geri alacaqları barədə çağırış səsləndirənlər də olur.

Təbii ki, belə çağırışlar Azərbaycanın mülki əhalisi arasında narahatlıq yaratmağa hesablanıb. Sosial şəbəkələrdə öz narahatlığını ifadə edənlər də var.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında erməni tərəfindən olan iddiaların bundan sonra heç vaxt gerçəkləşməyəcəyini vurğulayıb:

“Əlbəttə, məğlubiyyəti qəbullanmaq çox çətindir. Erməni tərəfi də həmişə uydurma xəyallarla yaşayan millətdir. Həmin o xəyallar bu gün onları məğlubiyyətinə səbəb oldu. Onlar torpaqları işğal edərək, həmişə orada yaşayacaqlarını sandılar. Öz xəyallarında Şuşanı paytaxt etmək istəyirdilər.

Azərbaycan Respublikası beynəlxalq qurumların normlarına hörmət edərək, bu qədər vaxt məsələnin sivil şəkildə, sülh yolu ilə həll olmağını gözlədi. İllər sonra əzəli Azərbaycan torpaqları olan Qarabağ geri alındı.

Ermənistan yalan tarixlə yaşayan nəsil böyüdüb. Təbii ki, Azərbaycanın qələbəsini qəbul etməyib, vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələr çoxdur. Bu qüvvələr həm Ermənistan mediası, həm də diaspor üzvüləridir.
Bunlar hamısı geosiyasi arenada aparılan məsələlərdir.

30 il həsrətində olduğu torpaqlarının bir hissəsini döyüşlə, digər hissəsini bir güllə belə atmadan geri alan və ərazi bütövlüyünü 44 günə bərpa edən orduya ermənilər və ermənipərəst qüvvələr heç nə edə bilməz”.

Hərbi ekspert Ədalət Verdiyev:

“Müharibə bitsə də, dayanıqlı və davamlı sülhdən danışmaq çox erkəndir. Ermənistan ordusu hazırda Azərbaycana qarşı əməliyyatları davam etdirmək üçün hərbi potensiala malik deyil. Həm şəxsi heyət, həm də texnika baxımından Ermənistan ordusu döyüş əməliyyatlarını nə təşkil etməyə, nə də həyat keçirməyə qadirdi. Lakin Ermənistanın idarə etmədiyi və ya idarə edə bilmədiyi terrorçuların Azərbaycan Ordusunun şəxsi heyətinə qarşı ayrı-ayrı ərazilərdə tərxribat xarakterli fəaliyyətləri mümkündür.

Şuşanın təhlükədə olduğunu qətiyyətli qəbul etmirəm, Şuşa artıq Azərbaycan Ordusunun tam nəzarətindədir. Lakin kiçik müqavimət qüvvələrinin meşələrdə, kəndlərdə, sığınacaqlarda gizlənməsi və qəfil terror hücumları törətməsi istisna deyil.

Şuşanın təhlükədə olduğu barədə düşünən insanlar üçün böyük ehtimalla nə döyüş əməliyyatlarından, nə Azərbaycan Ordusunun imkanlarından, nə də Ermənistan ordusunun itkilərindən tam məlumatı yoxdur.
Ən azı yaxın 5-10 illik perspektivdə Ermənistan ordusunun bərpası sual altındadır. Ona görə də yayılan bu xəbərlərin heç bir əsası yoxdur. Bunu yayan şəxslər bugünkü reallıqlara açıq gözlə baxmalıdır, xüsusilə iki münaqişə tərəfinin malik olduğu resurslar nisbətinə diqqət yetirməlidirlər".
Neqativ.com
Tarix: 8-01-2021, 13:01
Xəbəri paylaş



Xəbər lenti