“Ola bilsin, elə məsələlər var ki, bizim məlumatımız yoxdur, dövlət hansısa işlər aparır?.."
“Ola bilsin, elə məsələlər var ki, bizim məlumatımız yoxdur, dövlət hansısa işlər aparır... Ancaq 44 günlük savaşdakı bu boyda qələbədən, xalqda yaranan bu ruh yüksəkliyindən sonra Qarabağda ortaya çıxan bəzi məsələlər hamını narahat edir. Bu gün biz qələbə çalmışıqsa, nəyə görə Xankəndindəki separatçı xunta rəhbərləri Rusiya sülhməramlılarının komandanlığı ilə sərbəst görüşür, özlərinə yeni “hökumət” qurur, “nazir”lər təyin edir, yeni müharibəyə hazırlıqdan, “ordu quruculuğu”ndan dəm vururlar...”
Azərbaycan dövlətçiliyinin, ordusunun “körpəlik” çağlarında olduğu 1990-cı illərin çox mürəkkəb, ziddiyyətlli şəraitində müdafiə naziri və digər hərbi vəzifələrdə çalışmış, həm sovet ordusunda xidməti boyu, həm də 1-ci Qarabağ savaşı zamanı Rusiya hərbçiləri ilə kifayət qədər ünsiyyətdə olmuş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a açıqlamasında 10 Noyabr razılaşmasından keçən son iki aya yaxın dövrdə Rusiya sülhməramlılarının Qarabağdakı davranışlarını təhlil edib.
Materialla bütövlükdə yaxın müddətdə tanış ola bilərsiniz.
Sultan Laçın
Tarix: 6-01-2021, 23:16