Zəngəzurun Şurnux kəndi Ermənistan tərəfinin nəzarəti altında qalır. Ovqat.com xəbər verir ki, bunu kəndin başçısı Hakob Arşakyan erməni mətbuatına açıqlamasında deyib.
Arşakyanın bildirdiyinə görə, sərhədlərin demarkasiyası zamanı
yarısı Azərbaycanın nəzarətinə keçməli olan kənd və oraya gedən yollar rus “sülhməramlı”larının işə qarışmasıyla ermənilərdə qalacaq.
Kənd muxtarı gizlətməyib ki, bu razılaşma Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində əldə olunub:
"Rusiya tərəfinə məlumat verildi ki, kənd sakinləri toplanıb bu bölgünün qarşısını alacağıq. Onlar da təxribatlar olacağından, gərginliklərin yaşanacağından narahat idilər. Gəlib kəndin tamamilə bizim nəzarətimizdə qalacağı ilə razılaşdılar. Ancaq yenə də 100 metr aralıda azərbaycanlı sərhədçilər dayanacaq".
Tarix: 18-12-2020, 23:07