"Əvvəllər Azərbaycan SSR-in tərkibinə daxil olmuş Spitakaşen (Ağkənd) kəndi bilavasitə sərhədin o biri tərəfində qalıb. Hazırda ekskavator sərhəd xətti çəkir". Bunu "Sputnik-Ermənistan" yazıb. Söhbət Zəngilan rayonunun 1992-ci ildə işğal edilmiş kəndindən gedir.
Əvvəllər bir sıra KİV-də Qafan sakinlərinin evlərini yandırmağa başladığı haqda şayiələr yayılmışdı.
Nəşrin yazdığına görə, ermənilər Ağkənd kəndində bir neçə evi yandırıblar. Sovet dövründə o, Ermənistan SSR ilə sərhəddə Azərbaycan SSR-in Zəngilan rayonuna daxil idi. İndi o, Azərbaycanın nəzarətinə keçir.Kənd Qafan hava limanından bir neçə yüz metr, Qafan şəhərindən isə təxminən 2 km məsafədə yerləşir.
"Kənddə bir neçə ev var idi, onlardan birini sahibi yandırdı", - deyə "Sputnik-Ermənistan" qeyd edir.
Bu saatlarda ekskavator Sovet sərhədini işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.Virtualaz.org bildirir ki, Zəngilanın Ağkənd kəndi 1992-ci ilin aprelində rayonun Qazançı, Seyidlər, Dərəli, Pirveyis, Günqışlaq kəndləri ilə birlikdə erməni silahlı birləşmələri tərəfindən hücuma məruz qalıb və işğal olunub. Qafan istiqamətindən kəndə daxil olan erməni silahlı birləşmələri bu kəndlərə od vuraraq yandırıblar. İşğaldan sonra ermənilər kəndin adını "spitakaşen" olaraq dəyişdirmişdilər.
Qeyd edək ki, Qafan rayonunun Azərbaycanla sərhəd kəndlərində yaşayan ermənilər də şüvən salıb. Buna səbəb sərhədlərin demarkasiyası və delimitasiyası prosesində, bir çox yüksəkliklərin, hərbi postların Azərbaycana qaytarılmasıdır. Onlar Azərbaycan Ordusunun birbaşa nişangahına düşdükləri iddia edərək, Azərbaycan torpaqlarının geri qaytarılmamasını istəyirlər.
Tarix: 18-12-2020, 23:06