“Ola bilər ki, erməni sakinləri yaşadıqları Qarabağdan birdəfəlik getsinlər”


“Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında imzalanan Qarabağla bağlı bəyanat olduqca sərt bir sənəddir. Ona görə də bu sənədin imzalanması cəmiyyətin əksəriyyəti üçün gözlənilməz olub”.
 
Neqativ.com xəbər verir ki, bu fikirləri MDB Ölkələri İnstitutunun Erməni bölməsinin direktoru, politoloq Aleksandr Markarov bildirib.
 
O daha sonra bunları bildirib: “Artsaxın (Dağlıq Qarabağın – red) müstəqilliyinin tanınması ümidi olduqca tez itdi, çünki Rusiya sülhməramlıları bölgəyə gətirildikdən sonra bu mövzu qapadıldı. Bu baxımdan müqavilə kifayət qədər cəlbedicidir, baxmayaraq ki, uzun müddətdir ki, “status müqabilində ərazi” rasional bir həll variantı deyildi. Sülhməramlı qüvvələrin varlığı ilə Ermənistan Qarabağla minimal əlaqə zəmanəti ala bildi.
 
Onun sözlərinə görə, sualı müzakirə etmək lazım gələcək: “DQR”-i nə gözləyir? Ermənilər Laçın dəhlizi ilə Ermənistanla əlaqəli bir anklavda yaşamağa hazırdırlarmı? Və ya tamamilə fərqli proseslər başlayacaq? Ola bilər ki, bütün bunların nəticəsində erməni sakinləri tarixən yaşadıqları Qarabağdan bir dəfəlik gedə bilərlər.Konkret.az
Tarix: 12-11-2020, 10:00
Xəbəri paylaş



Xəbər lenti