"Hər şey aydındır. Anlaşmaya görə Azərbaycan qalib tərəfdir ! Ermənistan məğlubdur. Status yoxdur. Rayonlarımız işğaldan azad edilir və qaytarılır. Köçkünlər qayıdır. Naxçıvana koridor açılır. Demək olar ki, kapitulyasiyadır. Qısa müddətdə əldə olunan bunlar çox yaxşıdır. Həm də sarsılmaz milli birlik qazandıq. Hələlik qalib tərəf olaraq xalqımızı təbrik etmək olar. Qarabağ Azərbaycandır!"Pravda.az-ın xəbərinə görə, bunu İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, baş verənlərlə bağlı bəzi suallarının olduğunu da açıqlayıb:
1. Ermənistan tərəf, əgər sabaha kimi Paşinyan rəhbərlikdə qalarsa və imzalamasa nə baş verəcək?
2. Türkiyənin, türk sülhməramlıların yekun tənzimləmə prosesində rolu, onların konkret sayı , münaqişə zonasında olması, rus silahlılarla münasibəti necə olacaq? Adı çəkilən Mərkəzin qərarları rus hərbiçiləri üçün məcburi olacaqmı?
3. Rus sülhməramlıların statusu, dövlətimiz üçün təhdidləri necə olacaq? Müddətin süni uzadılması riskləri varmı? Doğurdanmı bundan yayınmaq mümkün olmayıb?
4. Gələcəkdə Ermənistanın silahlanmasına, Qarabağ ermənilərinin silahlanmasına nəzarət necə olacaq?
5. Azərbaycana qarşı cinayət edən "DQR" hərbi xunta başçılarının məsuliyyəti , təzminat məsələləri olacaqmı?
6. Ermənistan bizim ərazi bütövlüyümüzü qəbul edirmi? Sabah onlar güclənərsə, gücləndirilərsə vəziyyət necə olacaq? Ruslar tərəf olacaqmı? Ermənistan güclənəndə yenə əvvəlki ampulasına qayıdacaqmı? Ərazi bütöblüyümüz tanınmırsa bu Bəyanatın etibarlılığı necə olacaq? Qarantiyaları kim verir?
Tarix: 10-11-2020, 08:57