Düşmən Şuşadan qaçır, Xankəndi yolunda xeyli itki verib


 
Şuşa əməliyyatları başlamamışdan əvvəl bu şəhərdə 15 min erməni hərbçisi xidmət göstərirmiş. Ordumuzun əks hücumu nəticəsində erməni silahlılarının böyük qisminin Xankəndinə qaçdığı xəbər verirlir. İddiaya olunur ki, Şuşada hazırda cəmi 6 min erməni silahlısı qalıb.
 
Ovqat.com-un məlumatına görə, əsgərlərimiz qaçan işğalçı qoşununa da aman verməyib. 
 
Xankəndi yolunda artilleriya qüvvələrimizin atəşinə məruz qalan düşmənin 300-ə qədər canlı qüvvəsinin, 20-yə yaxın zirehli texnikasının, 15 tank və yük avtomobilinin sıradan çıxarıldığı iddia olunur.
 
Şuşada, şəhəri düşməndən təmizləmə əməliyyatı davam edir.



Tarix: 5-11-2020, 17:20
Xəbəri paylaş



Xəbər lenti