“Ququşun Bakıda yaşayan qohumlarından bir mən qalmışam, bir də anam. Anam Ququşun xalası qızıdır. Ağır yataq xəstəsidir, heç nə danışmır, heç kəsi tanımır. Bibisi qızı da mənim qudam idi, o da rəhmətə gedib. Nənəm Qüdrət onun doğma xalasıdır. Hal-hazırda Ququş Amerikada yaşayır. Əgər onu tapsan, Amerikaya qədər də olsa gedib görüşərəm. Çox istəyərdim ki, heç olmasa bir dəfə onu görüb, bağrıma basım”Bunu Moderator.az-a açıqlamasında dünya şöhrətli azərbaycanlı müğənni Ququşun qohumu Ruanna Məmmədova deyib. O daha sonra əlavə edib.
“Ququş anamla görüşəndə mən heç dünyaya gəlməmişdim. Güman edirəm ki, mənim varlığım haqda onun xəbəri var. Yəqin ki, anası da ona bacısı, bacısının övladları haqda nəsə danışmış olar. Hər zaman onun həsrəti ilə yaşamışam, onun vurğunuyam. Hətta məni ona bənzədənlər də var. Mən ondan imtina etməmişəm ki, o da mənimlə görüşməsin! Ondan imtina edənlər daha çox İrandakı qohumları-bacı, qardaşı olub.
Məndə olan məlumata görə indi bacı və qardaşı ilə sıx münasibəti var. Hər şey Ququşun çəkildiyi “Uzun gecə” filmindən sonra baş verdi. Bu filmdəki roldan sonra onu heç bir qohum qəbul etmədi. O vaxtlar açıq-saçıq rollarda çəkilənlərə çox pis baxırdılar. Başa düşmürdülər ki, bu filmdir, o sadəcə olaraq rejissorun yazdığı rolu ifa edir. Ququşun qohumlarından imtina etməsinin əsl səbəbi qohumlarının ona sahib çıxmaması oldu. Ququş uzun illər İran şahının şəxsi müğənnisi olub. Şahı İrandan qovanda Ququş qohumlarına sığınacaq istəyib, amma heç kim ona sığınacaq verməyib. Biz də Sovet illərində onun qohumu oldğumuzu gizlədirdik. Amma həmişə evdə oturanda onu xatırlayıb, söhbət edirik” deyə müsahbimiz bildirib.
Tarix: 13-10-2021, 08:33