ABŞ-ın məşhur Braun Universitetinin hesablamalarına görə, bu müddət ərzində amerikalılar tərəfindən işğal olunmuş ölkələrdə ən az bir milyon insan öldürülüb.Sputnik. ABŞ kədərli ildönümünə hazırlaşır – 11 sentyabr terror aktından 20 il keçir. Hollivud fəlakət filmlərinin bütün qanunlarına uyğun şəkildə naməlum ssenaristlər tərəfindən səhnələşdirilən bu apokaliptik hadisə ABŞ hökumətinin beynəlxalq terrorizmə qarşı müharibə elan etməsinə və digər ölkələrə silahlı müdaxiləyə başlamasına səbəb oldu.
Dünya ictimaiyyəti baş verənlərin təsiri altında – "Əkiz qüllələri" dəlib keçən təyyarələr, diri-diri yanmamaq üçün yuxarı mərtəbələrdən özünü atan insanlar, üç göydələnin birdən çökməsi (hərçənd, deyəsən, üçüncüyə hücum edən olmamışdı) – amerikalılara bütün dünyada terrorizmlə mübarizə mandatı verdi. Həmin vaxtdan təxminən 20 il keçir və artıq hadisənin yekunları barədə danışmaq olar.
ABŞ-ın məşhur Braun Universitetinin hesablamalarına görə, bu müddət ərzində amerikalılar tərəfindən işğal olunmuş ölkələrdə ən az bir milyon insan öldürülüb. "Müharibənin dəyəri" adlı universitet layihəsinin əsasını qoyanlardan biri olan Nita Kroford vurğulayıb ki, əslində bu, rəqəmlər xeyli kiçildilib. Belə ki, qurbanların sırasına yalnız bilavasitə döyüşlərdə öldürülənlər daxil edilib. Savaşların ən müxtəlif fəsadlarından – aclıqdan, susuzluqdan, xəstəliklərdən, infrastrukturun dağıdılması nəticəsində tibbi və digər yardımların göstərilməməsi səbəbindən– dünyasını dəyişənlər həmin siyahıya daxili edilməyiblər.
Digər hüquq müdafiəçilərinin qiymətləndirməsinə görə, ölüm halları daha çox olub. Məsələn, "Həkimlər sosial məsuliyyət uğrunda" (Physicians for Social Responsibility – PSR) təşkilatının hesabalamasına görə, yalnız 2001-2015-ci illər arasında Əfqanıstan, İraq və Pakistanda bir milyona yaxın insan öldürülüb.
Braun Universitetinin hesabatında əksini tapmış ölüm hallarının strukturu da maraq doğurur: həlak olanların 387 min nəfəri dinc insanlar, 200 min nəfərə qədəri amerikalıların tərəfində vuruşmuş yerli hərbçilər və 300 min nəfərdən çoxu isə amerikalıların "terrorçu" adlandırdıqları yerli partizanlar olub. Nita Kroford etiraf edir ki, ölümündən sonra terrorçu siyahısına daxil edilən insanların əksəriyyəti sadə dinc vətəndaşlar olub.
Onu da qeyd etmək lazımdır ki, "terrorizmlə müharibədə" 7 minə yaxın ABŞ hərbçisi və təxminən 8 min müqavilə əsasında qulluq edən hərbçi həlak olub. Başqa sözlə, işğal olunmuş ölkələrin qurbanlarından təxminən 100 dəfə az.
Sual olunur: dünya ictimaiyyəti vaxtilə ABŞ-a mandatı bunun üçünmü vermişdi?
Xeyr, prezident Corc Buş heç də bəyan etməmişdi ki, onun ordusu dinc əhaliyə qarşı genosid törədəcək. O and içmişdi ki, amerikalılar İraqda, Əfqanıstanda və daha sonra hər yerdə "milli demokratik dövlətlər" quracaqlar.
Hamıya elə gəlirdi ki, dünyanın ən zəngin ölkəsi bunun üçün bütün imkanlara sahibdir. Və əgər ABŞ dünya polisi rolunu oynamaq istəyirsə, qoy oynasın.
Belə hesab olunurdu ki, amerikalılar problemli ölkələrin ərazilərinə daxil olaraq real terror qruplaşmalarını təmizləyəcək və güclü yerli siyasətçiləri əməkdaşlığa dəvət edərək onlara arxalanıb dövlət islahatları aparacaq.
Məsələn, buna bir nümunə kimi Əfqanıstanın keçmiş kralı Zahir şahı hakimiyyətə dəvət etmək olardı. Onun ölkədə nəzərə çarpan nüfuzu var idi və xalqı birləşdirə bilərdi.
Amma yox, amerikalılar bunu etmədilər. Onlar yerli siyasətçilər arasından mənfi seçim etdilər: ən satqın, ən müftəxor və xalqın nifrət etdiyi insanların, başqa sözlə xalq düşmənlərinin hakimiyyətə (aydın məsələdir ki, çox şərti xarakter daşıyan) gəlməsinə imkan verdilər.
Avqustda ölkə qarışanda sonuncu prezident Əşrəf Qəninin tək dərdi Kabili mümkün qədər tez tərk etmək oldu. Onun mühafizəçiləri dollar kisələrini dörd maşına və vertolyota doldurdular. Dollarlar vertolyotdan səpələnməyə başladı. Nə deyəsən, milli lider üçü əsl "tarixi an" idi!
Əslində, amerikalı tərəfdaşların yeganə narahatlığı işğal olunmuş əraziləri ümumi xaosa sürükləmək və sonra hər hansı bir qanunsuz fəaliyyətdən qazanc əldə etmək - narkotik maddə ticarəti aparmaq, öz silahlarını orada satmaq idi.
Braun Universiteti onu da hesablayıb ki, ABŞ "terrorizmlə müharibəyə" 8 trilyon dollardan çox vəsait xərcləyib. Formal olaraq bu pul işğal olunmuş ərazilərin inkişafına sərf olunub. Ancaq göründüyü kimi bu pullar ora gedib çatmayıb. İraq və Liviya dilənçiliyə sürüklənib, Əfqanıstanda isə əhalinin üçdə bir hissəsi aclıq içindədir. Büdcədən irimiqyaslı oğurluq halları maraqlı cinayət işlərinə səbəb ola bilər.
Bu azmış kimi, Əfqanıstan amerikalılar ora girəndən sonra nəhəng narkotik laboratoriyaya çevrilib. Dünyadakı heroinin 90 faizi məhz bu ölkədən gedir. Əfqanlar belə hesab edirlər ki, narkotik maddə ticarətindən əldə olunan gəlirin böyük bir hissəsi məhz amerikalılara gedib çatır. Başqa sözlə, trilyonlarla investisiya ayrı-ayrı adamların cibinə gedib və qazanc şəklində ABŞ-a qayıdıb.
Yaxşı bəs terrorizm necə olsun? Axı bütün bunlar terrorizmlə mübarizə üçün ortaya atılmışdı. Ancaq bu müddətdə Əfqanıstan, İraq və Liviyada baş verən terror hadisələrinin sayı nəinki artıb, hətta hamının hamıya qarşı döyüşdüyü vətəndaş müharibəsinə çevrilib.
Yaradılacağı elan olunan milli dövlətlərin yerində ayrı-ayrı tayfaların, klanların və quldur dəstələrinin öz aralarında vuruşduqları ərazilər ortaya çıxıb.
Qərb demokratiyası yerinə, işgəncələr, mühakiməsiz edamlar, kütləvi təmizləmələrlə müşayiət olunan, qadınların, uşaqların, azlıqların təhqir edildyi orta əsrlər dövrü bərqərar olub.
Amerikalıları terrorçu elan etdikləri təşkilatların liderləri ilə dolaşıq münasibətlər birləşdirir. Əvvəlcə onlar Talibanın* rəhbərlərini həbsxanaya saldılar, sonra qəfil onları azadlığa buraxdılar. Və bu gün məhz həmin insanlar Kabilə daxil olaraq əfqan hökumətinə rəhbərlik edirlər.
Amerikalı hərbçilər İŞİD* quldurlarına Suriyadakı hərbi toqquşmalarda dəstək verdilər. Bunu Rusiya hərbçiləri və diplomatları dəfələrlə vurğulayblar. Bir sözlə, onların arasındakı münasibət "çox-çox yüksək" səviyyədə olub.
"Terrorizmlə müharibə" ona gətirib çıxardı ki, amerikalılar ölkəni ikiyə böldülər və öz əlaltılarını yerli partizanlara qarşı qoydular. Seçilmiş yerli "elita" isə prosesə diqqətlə nəzarət edirdi. Bu qanlı xaosda Amerika biznesi on il boyunca qazanc əldə etdi. Sadə amerikalılara da müəyyən pay düşdü: hərbi müəssisələr saat kimi işlədi, müdafiə sənayesi inkişaf etdi, bütün dünyada Amerika silahına tələbat artdı.
Bütün bunların əvəzini isə günahsız insanlar öz canları ilə ödədilər. Amerika iqtisadiyyatı onların qanı bahasına və işğal olunmuş ərazilərin hesabına inkişaf etdi.
Amerikalı siyasətçilər bütün bunları yaxşı dərk edirdilər. 1996-cı ildə CBS telekanalı Madlen Olbrayta sual verdi: "UNİCEF-in məlumatına görə, İraqda (Amerika sanksiyaları nəticəsində-red.) yarım milyona yaxın uşaq ölüb. Bu, Xirosimadakı rəqəmlərdən də çoxdur. Həqiqətən, buna dəyərdimi?" – "Seçim etmək çətindir, ancaq bəli, buna dəyərdi", – deyə Olbrayt cavab vermişdi.
Bir neçə il bundan əvvəl iraqlı uşaqların həyatına artıq Amerika sanksiyaları deyil, güllələri son qoydu. Bu günlərdə isə Amerika bombası Kabildə bir avtomobili partlatdı. Partlayış vaxtı avtomobilin yaxınlığındakı 12 Kabil sakini həlak oldu ki, onların da altısı uşaq idi. Onlardan ən balacasının isə 2 yaş vardı.
"Dünya polisi" get-gedə Stiven Kinqin içinə iblis girmiş və ətrafdakı hər kəsi qırıb çatan polis qəhrəmanını xatırlatmağa başlayır. Düzdür, amerikalılar Kinqi fantastik yazıçı hesab edirlər, əslində o, əsl realistdir.
Amerika hərbçilərinin "terrorizmlə müharibə"nin gedişatında törətdikləri cinayətlər əlbəttə ki, əsaslı beynəlxalq təhqiqat tələb edir. ABŞ öz növbəsində Beynəlxalq Cinayət Məhkəməsinin işində iştirakdan çox ehtiyatla imtina etdi. Bununla belə, dünyanın hər yerində insan haqları təşkilatları və QHT-lər Amerika işğalının dəhşətli salnaməsini yazmağa davam edirlər. Bu həlak olanlar qarşısında bizim ümumi borcumuzdur.
Dünya polisi təcili istefaya göndərilməlidir. Ancaq bu gün xalqların Amerikanın demokratikləşmə baltasından yeganə xilasedicisi Rusiya ola bilər.
Rusiya hərbçiləri Suriyada "idarəolunan xaos"un qarşısını aldılar. Rusiya diplomatları Ukraynada vətəndaş müharibəsinin alovlanmasına imkan vermədilər. Biz dünyaya sülh və təhlükəsizlik bəxş edirik, amerikalılar isə qanlı xaos.
Əli uşaq qanına bulaşmış Amerika hegemoniyasının gözübağlı tərəfdarlarına xatırlatmaq istərdik ki, Vaşinqtonun son fəaliyyətləri hətta amerikalıların özlərini də dəhşətə gətirib.
"Əvvəllər Vyetnam və Kubada olduğu kimi, bu gün də Əfqanıstan, İraq və Suriyada alçaldılmış Amerika imperiyası öz tənəzzülünə, gücsüzlüyünə və vəhşiliyinə göz yumur. Kölgədə qalıb bu imperiyanı idarə edənlər əfqanların ölümünə sevinib özlərinə "onlar buna layiq idi" sözləri ilə təsəlli verə bilərlər. Ancaq bilməlidirlər ki, qurduqları dar ağacı onların özünə qismət olacaq", – deyə məşhur amerikalı jurnalist Kris Hedges yazır.
Tarix: 7-09-2021, 08:45