Son günlər mediada gedən xəbərlərə diqqət yetirsək görərik ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə qarşı media üzərindən sanki savaş açılıb. Belə görünür ki, DGK sədrinin varlığı birilərini cox narahat edir. Məsələn, 01-08-2019 tarixində Reyting.az yazır:
“Komitə məhkəmə qərarlarını icra eləmir”Gömrük Komitəsinin özbaşınalığı digər sahələrlə yanaşı ölkəyə gətirilən KİV məhsullarına da ciddi problemlər yaratmaqdadır.
“Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Reyting.az vasitəsi ilə müraciətində bildirir ki, hazırki Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edir. Qanunverici və icra hakimiyyətləri isə DGK-nin qeyri-qanuni tələbinə biganə yanaşırlar:“Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə tək sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”.
X. Əliyev Kanal 13-ə müsahibəsində isə bildirib ki, Gömrük Komitəsinin əməkdaşları ölkə qanunlarını öz istəklərinə uyğun formada şərh edirlər. Onun sözlərinə görə, KİV məhsulları ƏDV-dən azad olsa da, Gömrük Komitəsi müvafiq qərarın ləğvini əsas tutub, qanunun (Vergi Məcəlləsinin) bu tələbinə məhəl qoymur. Yəni, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş qanunun tələbləri pozulur.
“Aclıq aksiyası və piket keçirəcəklər”
X. Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı qanunun deyil, qərarın üstün tutulması absurddur: “Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, “Qaya Mətbuat Yayımı” MMC-nin idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin bu qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir”.
“Qaya”nın rəhbəri bu qanunsuzluqlara görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu ittiham edir.
X. Əliyevin iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: “Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulu-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, “alqı” sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna “alqı” sözü necə səhv düşə bilər? Mən üç ildir onları başa sala bilmirəm”.
X. Əliyev məsələ ilə bağlı dövlətin müvafiq qurumlarına 213 məktub yazsa da, buna əhəmiyyət verilmir.
“Qaya”nın rəhbəri Gömrük Komitəsinin özbaşınalıqlarına qarşı mübarizəyə aclıq aksiyası və piket keçirməklə davam etdirəcəklərini diqqətə çatdırıb.
Sonra...
DİA.AZ və bəzi internet portalları və saytlarda 2020-ci ilin fevral ayı ücün belə bir xəbər yer aldı:”Məlum olduğu kimi, Prezident İlham Əliyev hakimiyyətin bütün istiqamətlərində yeniləşmə siyasəti yürüdür. Bununla bağlı hətta radikal addımlar da atılır. Və elə bu gün Neftçala İcra hakimiyyətində həyata keçirilən həbsləri də məhz sözügedən siyasətdə Prezidentin barışmaz mövqeyi kimi qəbul etmək olar. Bununla bağlı danışan mötəbər mənbə iddia edir ki, növbəti mərhələdə əsas hədəf Azərbaycanın gömrük orqanlarıdır.
Mənbənin söylədikləri: "Kimsə düşünə bilər ki, Səfər Mehdiyev vəzifədə təzədir, ona qarşı hansısa cəza tədbiri görülə bilməz. Bu, belə deyil. Ağstafanın icra başçısı Səfər Mehdiyevdən də təzə idi. Amma həbs olundu. Onun kimi Səfər Mehdiyev də əvvəllər yüksək vəzifə tutub. Yəni buna görə DGK sədrinin hansısa əlahiddə statusa malik olduğunu iddia etmək absurddur".
Mənbə bildirir ki, bir müddət əvvəl özünün müəmmalı açıqlaması ilə diqqətə gələn DGK sədrinin qələmi qırılmış hesab oluna bilər. Mənbə bildirir: "Yaxın günlərdə çox ciddi addımlar atılacaq. Görəcəyik ki, cəmiyyətin "Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." kimi tələbləri səbəbsiz deyilmiş və ortaya ciddi faktlar çıxacaq".
Daha sonra....
MediaTV yazır: Redaksiyamıza danışan məlumatlı mənbənin dediyinə görə, Dövlət Gömrük Komitəsində yaxın zamanlarda dəyişikliklər olmalıdır. Prezident Aparatına ardı-arası kəsilməyən şikayətlər, mediada işıqlandırılan faktlar PA-nı hərəkətə keçməyə məcbur edir. Həm də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin könüllü istefa verməsini şərtləndirən faktoloji baza gün-gündən “zənginləşir”. Bütün bunlar verilən xəbərlərdəndir.
“Gömrükdə inhisarçılıq yoxdur”, “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Səfər Mehdiyev saydığını saysın, görün, gömrük şefinin “paqonlular”ının canını boğazına yığdığı vətəndaşlar nələr deyirlər?
İnsanları qoyaq kənara, Komitənin özü bəzi əməkdaşlarının rüşvət aldıqlarına görə işdən azad edilmələrinə və onların barəsində cinayət işi açılmasına dair bir neçə dəfə rəsmi məlumat yayıb. Bəs rüşvət alan olsaydı, istefa verəcəkdi kimsə…
Sosial şəbəkələrdə gömrük sistemindəki qanunsuzlularla bağlı bağlı kifayət qədər materiallar yayılmaqdadır.
Mənbənin dediyiə görə, Xarici İşlər Nazirliyi əməkdaşları ilə baş verən qalmaqal hələdə PA-nın kuluarlarında müzakirə edilir. DGK Xarici İşlər Nazirliyi əməkdaşları statuslarından irəli gələn bəzi imtiyazlarına da məhəl qoymur. Azərbaycanın da qoşulduğu Vyana Konvensiyasına görə, xaricdə 4-5 il işləyib vətənə dönən diplomatların ölkəyə gətirdikləri bəzi məhsullar üçün gömrük rüsumu tutulmamalıdır.
“Artıq Səfər Mehdiyevin vəzifədən getməyi gündəmdədir!”
MediaTV yazır:Ancaq Gömrük Komitəsinin harınlamış işçiləri uzun müddət xaricdə işləyən XİN əməkdaşlarının ölkəyə gətirdikləri şəxsi avtomobillərdən gömrük rüsumi tələb edəcək qədər irəli getməkdən çəkinməyiblər. Həm də bildirirlər, bu iş Səfər Mehdiyevin icazəsi olmadan həll oluna bilməz. Üstəgəl, diplomatlara məxsus avtomobilləri noyabrdan bəri Komitənin pullu dayanacağında günü 10 manatdan saxlayırlar.
Əslində DGK-da baş verən biabırçılıqların ən bariz nümunəsi kimi Gömrük Komitəsinin 200 min manata alınmış işlənmiş avtobus üçün nə az, nə çox, düz 707 min manat rüsum tələb etməyini saymaq olar. Yəni avtobusun alındığı qiymətdən az qala 4 dəfə artıq məbləğ tələb olunub.
Mənbənin dediyinə görə belə hadisələri çox göstərmək olar. Səfər Mehdiyevi ora təyin edəndə ümid edilirdi ki, o, DGK-nın iş prinsipini daxilindən
bilən kadr kimi inqlabi islahatlara imza ataraq Azərbaycanın giriş qapısını nümunəvi bir təşkilata çevirəcək. Ancaq əfsuslar olsun bu baş vermədi.
Fakt isə ondan ibarətdir ki, indi DGK əvvəlki rəhbərliyə şükür edəcək gündədir.
Mənbə iddia edir ki, artıq Səfər Mehdiyevin vəzifədən getməyi gündəmdədir!
Bu məlumatların arxasında kim dayanır?
Əvvəlcə hadisələrin xronikasına nəzər salaq: 2018-ci ilin 23 aprelində Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin edildi. Səfər Mehdiyevin komitə sədri təyin olunmasını Vüsal Novruzovun karyerası üçün təhlükə hesab edənlər bu iddanı adıçəkilən şəxslər arasında münasibətlərin o qədər də ürəkaçan olmadığı arqumenti ilə əsaslandırdılar.
Amma qeyd edək ki, bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, Vüsal Novruzov Səfər Mehdiyevin DGK-da oyundankənar vəziyyətə salınmasında mühüm rol oynayıb. İddialara görə, quruma faktiki nəzarəti həyata keçirən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Səfər Mehdiyevi rəsmi və qeyri-rəsmi səlahiyyətlərindən məhrum edib. Buna səbəb Səfər Mehdiyevin etibardan sui-istifadə etməsi barədə faktlar olub. Həmin faktlar Kəmaləddin Heydərova təqdim edilib. Bununla da Səfər Mehdiyev etmadını itirib. Onun hətta istefa ərizəsi yazmaq məcburiyyətində olması da barədə iddialar var. Səfər Mehdiyevin səlahiyyətləri isə Vüsal Novruzova həvalə edilib. Məlumatda qeyd olunurdu ki, Səfər Mehdiyev barəsində məlum faktların toplanması və Kəmaləddin Heydərova təqdim edilməsi Vüsal Novruzovun xidməti olub. Bununla o, Kəmaləddin Heydərovun yanında etimadını daha da möhkəmləndirb.
Bu baxımdan gözləmək olar ki, Səfər Mehdiyevin ilk işi Vüsal Novruzovla hesab çəkmək olacaq. Digər tərəfdən əgər Kəmaləddin Heydərovun qəzəbinə gələn Səfər Mehdiyev DGK-ya sədr təyin edilibsə, deməli, Fövqəladə Hallar nazirinin artıq sözügedən quruma nəzarəti itirdiyini düşünmək olar. Bu halda Səfər Mehdiyevin Kəmaləddin Heydərovun kadrlarlarını, xüsusilə də Vüsal Novruzovu komitədən uzaqlaşdırılacağını düşünmək olardı və ehtimallar düz cıxdı.
2018-ci ilin may ayında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev əmr ilə Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzov tutduğu vəzifədən azad edildi.
Az bir müddət icərisində V. Novruzovun Bakı Baş Gömrük İdarəsində işlədiyi dövr yoxlanıldı və ciddi maliyyə pozuntuları, yeyinti faktları aşkarlandı. 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun hesabına köçürüldüyü bəlli oldu.
Cinayət və xitam
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun cinayət məsuliyyətinə cəlb olunması barədə ölkə mətbuatında bir çox məlumatlara rast gəlmək olur.Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsində 2018-ci ilin yaz aylarında V. Novruzovla bağlı cinayət işi başlanılıb. Astara Gömrük idarəsinin ərazisində yerləşən “Dutifri” şirkətinin anbarında on milyonlarla dəyərində ölçülən bütün məmulatların yoxa çıxmasında V. Novruzov ittiham olunub. DTX-nin keçirdiyi “Dütifri” əməliyyatında bir neçə gömrük əməkdaşının cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qərarı seçilsə də, nədənsə general V. Novruzov ev dustaqlığına götürülür. Onun havadarı olan sabiq Baş Prokuror Zakir Qaralovun müdaxiləsindən sonra DTX-də V. Novruzov barəsində qaldırılan cinayət işinin araşdırılması Vergilər Nazirliyinin Baş istintaq idarəsinə göndərilir. Daxil olan məlumata görə araşdırmanın sonunda hətta cinayət işinə xitam verildi.
Qəribə məqam...
Əvvəllər Səfər Mehdiyev və Vüsal Novruzov eyni komandada təmsil olunsalarda aralarında sərt mübarizə gedib.
Mediada gedən xəbərlrə görə DGK-nın sədr postuna ən şanslı namizəd Vüsal Novruzov sayılsada Səfər Mehdiyev onu qabaqlayıb. Bəzi məlumatlara görə DGK-nın kurasıyası Naxçıvan şefi Vasif Talıbova tapşırıldıqdan sonra onun seçimi Səfər Mehdiyev olub.
Mediada gedən xəbərlərə görə ikisidə Kəmaləddin Heydərova yaxınlıqları ilə seçilsələrdə DGK-nin şefi təzə posta keçən kimi köhnə komanda yoldaşlarını işdən çıxardıb.Düzdür onlar işsiz qalmayıb və çoxu FHN-də işlə təmin edilib.
SON
Bütün bu yazdıqarımızdan sonra biz belə ehtimal edirik ki, DGQ sədri haqqənda saytlarda gedən mənfi xəbərlərin arxasında bəlkə də, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi,Vüsal Novruzovdur. Əziz oxucular, bəs sizin variantınnız kimdir?
P.S. Axır vaxtlar dövlətin yuxarı eşalonlarında gedən anti korrupsiya əməliyyatlarına nəzər salsaq əslində Səfər Mehdiyevində altında kreslosunun titrədiyini hiss etmək olar.Burda Vüsal Novruzovun qara piarının rolu olub olmadığını deyə bilməsəkdə, Gömrükdə nələrin baş verdiyi və ücu bucağı görünməyən şikayətlərin böyük rolu olduğu danılmazdır.
Teref.az
Tarix: 5-07-2020, 08:48