Dövlət Əmək Müfəttişliyi Xidməti "İL group"-u qoruyur?-NARAZILIQ


Bərdə rayon sakini Nicat Əhmədov 5 il fasiləsiz İL MMC-də işləyib. 

Anaxeber.info.az-a müraciət edən vətəndaşın sözlərinə görə, şirkətin "Malyuk" uşaq qidaları şöbəsində 5 il fəaliyyət göstərib. Nicat Əhmədov bildirib ki, bu müddətdə müqaviləsiz işləyib: "Dəfələrlə dedim ki, müqavilə bağlansın, amma etmədilər. Sonra heç bir səbəb olmadan mənimlə işləməyi dayandırdılar. İyunun 1-dən etibarən işləmirəm. Ancaq mənə 1500 manata yaxın ödənişləri qalıb. Amma bu pulu vermirlər".
Vətəndaş İL MMC-dən maaşını istəyir və aidiyyatı qurumlara müraciət edəcəyini bildirir. Nicat Əhmədov Əmək Müffətişliyi, Dövlət Vergi Xidmətindən köməklik göstərilməsini xahiş edir. Əmək haqqı məsələsi həll olunmasa Prezident İham Əliyev  cənablarına və 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini deyən Nicat Əhmədov "Malyuk" uşaq qidaları şöbəsinin əmək müqaviləsi olmadan işlətdiyi işçilər haqqında məlumatları yaxın günlərdə mətbuata açıqlayacağını bildirib.
Qeyd edək ki, İL MMC-nin direktoru Arzu Salamdır. O, bu ilin mayından sözügedən vəzifənin icrasına başlayıb.

Nicat Əhmədov Əmək Müffətişliyi, Dövlət Vergi Xidmətindən köməklik göstərilməsini xahiş edib. Bu günə qədər Əmək Müfəttişliyi vaxtı uzatmaqla məşğuldur. Hər gün bir bəhanəylə məsələni yola verir. Əmək müfəttişliyinin bu hərəkətsizliyi belə deməyə əsas verir ki, ya bunlar dil tapıblar, ya da ki, müfəttişlik İLgroup MMC-dən qorxur.

AXS.az

Tarix: Bu gün, 12:02
Xəbəri paylaş



Xəbər lenti