
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon Polis Şöbəsinin rəis müavini Elxan Zamanovla birlikdə Yenikənd kəndində kənd ağsaqqalı Əliyev Rafiq Balı oğlunu evində ziyarət edib, onun qayğıları ilə maraqlanıb.
Səmimi şəraitdə keçən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara, xüsusilə də yaşlı nəslin nümayəndələrinə və ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıdan söhbət açıb. Rayon rəhbəri bildirib ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə sakinlərin, eləcə də ağsaqqalların müraciətlərinin və ehtiyaclarının diqqətdə saxlanılması, onların sosial qayğıları ilə yaxından maraqlanılması prioritet vəzifələrdəndir.
Görüşdə kənd ağsaqqalı Rafiq Əliyev göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edərək, sakinlərə göstərilən yüksek diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
