Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT


"16.08.2026-cı il tarixində "Bravo"nun "Dəniz Mall" filialından qarpız dadlı dondurma almışam. Və.." "DİA-AZ" xəbər verir ki, bu barədə Elçin Əliyev adlı istifadəçi sosial şəbəkə hesabında paylaşım edib.
Narazı vətəndaş daha sonra bildirir: "Məhsulun qablaşdırmasının üzərində son istifadə tarixinin 2027-ci ilə qədər olduğu qeyd edilsə də, qablaşdırmanı açdıqdan sonra dondurmanın üzərində boz rəngli, kifə bənzər ləkə aşkar etdim.
İstehlakçı kimi hesab edirəm ki, son istifadə tarixinin göstərilməsi məhsulun keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir. Lakin məhsulun faktiki vəziyyəti göstərilən tarixlə uyğun gəlmir..."
Narazı vətəndaş daha sonra üzləşdiyi faktla bağlı fotodəlili də təqdim edib...


Tarix: Bu gün, 14:50
Xəbəri paylaş



Xəbər lenti