Azərbaycan İnvestisiya Holdinqinin bəzi şirkətləri maliyyə göstəricilərini gizlədir - SİYAHI

Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində olan bəzi dövlət şirkətləri maliyyə göstəricilərini gizlədir.

Yurd.Media xəbər verir ki, Holdinqə daxil olan “Azəralüminium” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lər, “Azərbaycan alüminiumu” və “Təmiz Şəhər” ASC-lər 2024-cü ilin maliyyə (audit) hesabatını açıqlamayıblar.

Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank” ASC-lər, “AzerGold” QSC-lər isə ötən ilin maliyyə hesabatını verib və həmişəki kimi mənfəətlə işlədiklərini bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Prezidentin 7 avqust fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan AİH onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.

Tarix: Bu gün, 12:45
Xəbəri paylaş



Xəbər lenti