“Bakı Konqres Mərkəzi” MMC-nin çöl ərazinin təmizlənməsi, yaşıllıq sahələrinə və dekorativ güllərə qulluq xidmətləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 151 759 AZN olub.