Dövlət Neft Fondu təmizlik bezi, dəsmal, avtomobil şinləri üçün qaraldıcı almaq üçün 317 min xərcləyəcək



Azərbaycan Respublikası Dövlət Neft Fondu təmizlik vasitələrinə 317 658 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Təmizliyin İncisi” MMC həyata keçirəcək.

 

Tərəflər arasında müqavilə bağlanıb.

 

Buraya təmizləyici vasitə, qab yumaq üçün süngər, təmizlik bezi, avtomobil salonu üçün polirol, şinlər üçün qaraldıcı, fasad təmizlik xidmətlərinin göstərilməsi və s. daxildir.


Tarix: 4-08-2025, 11:05
Xəbəri paylaş



Xəbər lenti