"Azercell"in “akart”ına xarici valyutada köçürmə aparmağa qadağa qoyuldu

"Azercell"in “akart”ına xarici valyutada köçürmə aparmağa qadağa qoyuldu
Azərbaycan Mərkəzi Bankı tərəfindən "Greentek Group" və "A-Solutions" (“akart”) MMC-lərə icrası məcburi olan göstəriş verilib.

Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Həyata keçirilən cari nəzarət tədbirləri zamanı hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları apardığı müəyyən edilib.

Bu səbəbdən AMB həmin təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verib.
Tarix: Dünən, 09:38
Xəbəri paylaş



Xəbər lenti