Sumqayıt Şəhər İcra Hakimiyyəti 624 min manata nə iş görəcək?



Sumqayıt Şəhər İcra Hakimiyyəti abadlaşdırma xidmətləri ilə əlaqədar xüsusi geyim və inventarların alınmasına 395 913 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Rash.M.M.Trade and Services-2020” MMC göstərəcək.

 

İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” isə Sumqayıt şəhərində küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi və yol səki daşlarının yuyularaq rənglənməsi işlərinə 228 006 AZN xərcləyəcək.

 

İşləri “M-House Construction” MMC görəcək.


Tarix: 24-07-2025, 09:45
Xəbəri paylaş



Xəbər lenti