Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin digital rentgen (7 ədəd) və flüoqrafiya avadanlığının (7 ədəd) alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Neqativ.com-un xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Satınalmanın dəyəri 4 454 170 AZN olub.
Pravda.az