"YaqubOğlu Group" MMC-yə maliyyə sanksiyası tətbiq edilib - Qaydalar pozulub

"Yaquboğlu Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə Operativ vergi nəzarəti çərçivəsində tərtib olunan akt əsasında 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az xəbər verir ki, cərimə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbindən verilib.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Yunis Yaqubov Fəxrəddin oğludur.

Tarix: 9-06-2025, 11:15
Xəbəri paylaş



Xəbər lenti