İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Telefon nömrələrinin satışı üzrə hərrac 23 iyun 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.
Satışa çıxarılan mobil nömrələrin ilkin qiyməti 4 min manatdan başlayaraq 36 min manatadək, 10%-i həcmində hesablanmış behin məbləği isə 400 manatdan 3 600 manatadək dəyişir.
Satışa çıxarılacaq nömrələri təqdim edirik: