Səhiyyə Nazirliyinin 18.5 milyonluq tenderi ləğv edildi



Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin Bakı şəhəri , Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Tenderin dəyəri 18 522 080 AZN olub.


Tarix: 4-06-2025, 09:06
Xəbəri paylaş



Xəbər lenti

https://vbets-nl.com/