Sədyar İbadovun külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

bitmap-img6





"Delta Qrup Transit" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu 300 min manatı ötüb. 

Valyuta.az-ın məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 333362.3 AZN vergi borcu yaranıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 min manat olan QSC-nin qanuni təmsilçisi Sədyar İbadov Siyab Oğlu oğludur. O, "Pekal Supply" MMC, "Yaber 2024" MMC və başqa bir neçə şirkətin rəhbəridir. Maraqlıdır külli miqdarda vergi borcu olan sahibkarın 2024-cü ildə ən azı iki şirkəti dövlət qeydiyyatından keçirib.   
Tarix: 15-03-2025, 22:37
Xəbəri paylaş



Xəbər lenti