"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi mebel və digər təsərrüfat invertarları alır.
Pravda.az-ın xəbərinə görə, Mərkəz "Qardaşlar Mebel" QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, QSC-yə 1 835 852 AZN ödənilməlidir.
Alınacaq məhsullara 7 ədəd 2 mərtəbəli paslanmaz metaldan alət masası, 3 ədəd 2 mərtəbəli plasmas alət masası, 2 ədəd açılan təkli divan, 5 ədəd aptek dolabı, 8 ədəd infuziya üçün asılqan səbət, 3 ədəd avadanlıqlar üçün araba daxildir.
Qeyd edək ki, QSC-nin qanuni təmsilçisi Hüseyn Məmməd oğlu Mirzəyevdir. "Qardaşlar Mebel" daha çox tender qazanan şirkətlərdəndir.
Tarix: Dünən, 16:44