“Bu hökumət işıq gələn yerə barmaq tıxamaq üzrə dünya çempionudur” – Natiq Cəfərli




“Avqustun 13-də yazdığım yazıdı, bu gün yenə taksi xidməti haqqında, dövlətin müdaxilə cəhdləri haqqında xəbərlər dolaşır. Bu hökumət işıq gələn yerə barmaq tıxamaq üzrə dünya çempionudur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
 
N.Cəfərli bu məsələ ilə bağlı təkliflərini açıqlayıb: “Dövlət ümumi qaydalar təyin edə bilər, məsələn, maşınların təhlükəsizlik qaydalarına cavab vermək üçün standartlar təyin edə bilər. Və ya əgər mütləq elə barmağını işıq gələn yerə dirəmək istəyirsə, o zaman sivil dünyanın tutduğu yolu seçsin – taksi xidmətinin tənzimlənməsi bələdiyyələrə keçsin, böyük şəhər bələdiyyələri yaransın, seçkili mer institutu təsis edilsin, şəhər nəqliyyatı bələdiyyənin tənzimlənməsinə və əsas gəlir mənbəyinə çevrilsin – yol budur. Dövlət biznesə birbaşa müdaxilə etməməlidir, dövlət biznesdə ən pis menecerdir...”
Tarix: 1-09-2020, 07:26
Xəbəri paylaş



Xəbər lenti