Ekspert “İncil dövrü miqyaslı” aclıq proqnoz edir – Koronavirusa görə



Koronavirus pandemiyası «İncil dövrü miqyaslı» aclığın baş verməsi təhlükəsi yaradır. Bu barədə Ümumdünya ərzaq proqramının (ÜƏP) başçısı Devid Bisli danışıb.
«Əlimizdə olan bütün məlumatlar, o cümlədən, ərzaq çatışmazlığı yaşayan insanların 80 faizi barədə ÜƏP-nın proqnozu gerçək fəlakətdən xəbər verir. Biz, İncil dövrü miqyaslı aclıqla üz-üzə qalmışıq» – deyə, ÜƏP başçısı danışıb.
Bisli dəqiqləşdirib ki, ən çox narahatlığı Latın Amerikasındakı vəziyyət doğurur. Orada aclıq çəkənlərin sayı kəskin – 269 faizə qədər arta bilər. Şərqi və Mərkəzi Asiyada qida çatışmazlığı yaşayan insanların sayının artımı 135 faiz təşkil edə bilər. Cənubi Afrikada isə bu rəqəm 90 faiz ola bilər. Dünyada aclıq artıq buludlar arxası səviyyədədir və əgər biz, təcili olaraq fəaliyyətə keçməsək, çoxları öləcək, uşaqlar az yemək səbəbilə uzun illər əziyyət çəkəcəklər, bütün dünya isə aclıqla mübarizədə son 10 ildə əldə etdiyi nailiyyətəri itirərək, geriyə tullanacaq.
ÜƏP 2020-ci ildə 138 milyon insanı ərzaqla təmin etməlidir ki, bu da tarixin ən nəhəng humanitar əməliyyatıdır. Bu proqramın reallaşdırılması üçün təşkilata 4,9 milyard dollar vəsait lazım gələcək, deyə Bisli əlavə edib.(azpolitika.info)
Tarix: 23-08-2020, 20:49
Xəbəri paylaş



Xəbər lenti