Banklar ucdantutma problemli kredit balalayır


AXCP İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev

Son 3 ayda problemli kreditlər 114 milyon manat və ya 9 faiz artıb. Bu il yanvar ayının əvvəlinə 1,273 milyard manat, aprel ayının əvvəlinə isə 1,387 milyard manat problemli kredit qeydə alınıb.

Əgər xatırlayırsınızsa, ötən il fevral ayının sonunda dövlət başçısı fiziki şəxslərin problemli kreditlərinin həlli çərçivəsində banklara 682 milyon manat vəsait ayrılması haqqında fərman imzalamışdı. Fərman imzalanarkən ölkədə 1,575 milyard manat məbləğində problemli kredit vardı. Prezident fərmanı qüvvəyə minəndən sonra elementar hesablama yolu ilə problemli kreditlərin səviyyəsinin 893 milyon manata qədər (1,575-682=893) enəcəyini proqnozlaşdırmaq olardı. Amma sən saydığını say, gör banklar necə saydı. O milyonları əldə edəndən sonra banklar elə say sistemi tətbiq etdilər ki, problemli kreditlər 2019-cu ilin sonunadək 1,273 milyard manata qədər düşə bildi. Yəni vur-tut 302 milyon manat həcmində azaldı problemli kreditlər. Bəs aradakı 380 milyon manat haraya qeybə çəkilib? Bunun hesabı-kitabı bağlanmamış problemli kreditlər bu ilin yanvar, fevral və mart aylarında daha 114 milyon manat və ya 9 faiz artaraq 1,387 milyard manatadək yüksəlib. İqtisadi fəallığın zəifləməsi, əhali və biznes gəlirlərinin əhəmiyyətli dərəcədə azalması, habelə bankların bağlanması fonunda problemli kreditlərin bundan sonra daha da artacağına heç bir şübhə yoxdur.

Tarix: 2-05-2020, 22:42
Xəbəri paylaş



Xəbər lenti