Əli Məsimli: “Artıq zamanı çatıb, yüksək ranqa mənsub olan məmurların da...”

 
Son dövrlərdə 4 icra başçısının həbsi onu deməyə əsas verir ki, artıq cəzalandırma orta ranqı əhatə edir. Artıq zamanı çatıb, yüksək ranqa mənsub olan məmurların da korrupsiya əməlləri ilə bağlı sərt addımlar atılsın.
Deputat Əli Məsimli bu fikirləri Milli Məclisin plenar iclasında söylədi. Hesablama Palatasının təqdim etdiyi hesabatdan bəhs edən Ə.Məsimli qeyd etdi ki, ötən il 21 milyon manat büdcəyə bərpa edilib. “Bu, çox azdır”.
Deputat dedi ki, məsələlərə daha ciddi yanaşma olsa, Hesablama Palatasının növbəti hesabatında büdcəyə bərpa edilmiş 21 milyonu yox, bəlkə də 400-500 milyonu görə bilərik. Ə.Məsimli böyük miqdarda vəsaitləri mənimsəyənləri məsuliyyətdən kənarda qalmasına qarşı da çıxdı.
Ə.Məsimli dedi ki, dövlət vəsaitinin yeyilməsi cinayətdir. Ona görə də qüsurlarla cinayətin arasında xalqın xeyrinə optimal yanaşmanın olması lazımdır.
E.Paşasoy,
Musavat.com
Tarix: 1-05-2020, 14:14
Xəbəri paylaş



Xəbər lenti