BÖHRAN: “Səba”nın külli miqdarda kredit borcları var... - şirkət ciddi maliyyə çətinlikləri yaşayır
“Səba” Şirkətlər Qrupu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu barədə etibarlı mənbələrdən redaksiyamıza verilən məlumata görə, qrupa daxil olan ayrı-ayrı müəssisələrin götürdükləri 10 milyonlarla manat kreditləri qaytara bilmir. Bundan əlavə, qrupun səhmdarlarından biri olan Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətinin payının alınmasında da problemlər yaranıb.
Mənbənin bildirdiyinə görə, 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti qrupa sərmayə yatıraraq onun 25 faizlik səhmlərini əldə edərkən bağlanmış müqavilədə səhmlərin 2016-cı ildə geri alınması nəzərdə tutulmuşdu. Səhmlərin dəyəri olaraq 42 milyon manat müəyyənləşmişdi. 2016-cı ildə qrup səhmlərin geri alınmasına imkanı olmadığına görə prosesin 2019-cu ilədək uzadılmasını xahiş edib. Ötən il isə müddətin yenidən uzadılmasına nail olunub: “Şirkətin borcları xeyli çoxdur, ciddi maliyyə problemləri var. Təkcə broylerin 7 milyon manata yaxın borcu var. Bundan əlavə, “Xalqbank”a 4 milyon dollar bir, 6 milyon manat bir kredit borcu var. Şirkətlər qrupuna daxil olan “Qarabağ taxıl”ın 10 milyon manat kredit borcu var. Biləsuvar Aqro-nun da irihəcmli borcları var”.
Mənbənin dediyinə görə, “Səba” Şirkətlər Qrupu Sahibkarlığa Kömək Milli Fondunun daimi müştərilərindən biri olub. Hazırda da Fonda irihəcmli kredit borcları yığılıb.
Onu da qeyd edək ki, ötən ilin sonlarında “Səba”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyinə dair mətbuatda elan yerləşdirilib. Elandan aydın olur ki, yığıncaqda müzakirə olunacaq məsələlərdən biri də bankdan kredit götürülməsi üçün müraciət edilməsi olacaqdı. Nə şirkətin İnternet saytında, nə də mətbuatda yığıncağın keçirilib-keçirilmədiyinə dair məlumata rast gəlinmir.
Qrupun 2018-ci ilə dair maliyyə hesabatından aydın olur ki, həmin il borcların qaytarılmasına 6 milyon 822 min manat sərf olunub. Ondan əvvəlki ildə isə bu məbləğ 14,1 milyon manat təşkil edib.
Onu da qeyd edək ki, “Səba”nın əsas səhmdarları Quliyev Hidayət Məhiyyəddin oğlu(37,3 faiz), “Azərbaycan İnvestisiya Şirkəti” ASC (25 faiz), “Bakı İnvestment Company” MMC-dir(37.3 faiz). Bu qrupun real sahiblərindən birinin Mərkəzi Bankın İdarə Heyətinin sədir Elman Rüstəmov olduğuna dair dəfələrlə mətbuatda məlumatlar yayılıb.
“Səba”dan AFN-ə məsələ ilə bağlı bildirildi ki, Şirkətlər Qrupunun ödənilməsi davam edən kredit borclarının olması doğrudur: “Lakin istehsal həcmimiz və məhsullarımıza tələbat, alıcılarımızdan daxil olan və daxil olmasını gözlədiyimiz vəsait bu borcları heç bir problem olmadan geri qaytarmağımıza imkan verir. Götürdüyümüz bütün kreditlər yatırım-investisiya xarakteri daşıyır. Biz kreditləri yeni sahələrə və genişlənməyə yönləndiririk. Misal üçün, ötən il “Qarabağ Taxıl”ın tərkibində dünyanın məşhur hibrid toxumçuluq müəssisəsi olan BC İnstitutla birlikdə ölkədə ilk hibrid toxumçuluq və orijinal soya toxumçuluğu sahəsinin qurulmasına başlamışıq. Bildiyiniz kimi, “Səba” Açıq Səhmdar Cəmiyyətdir və qanuna uyğun olaraq, bu ASC-nin səhmdarlarının hər bir görüşü barədə ən gec 1 həftə əvvəldən məlumat verilir, qəbul edilən qərarlar barədə mediaya informasiya yayılır.
AFN
Tarix: 28-04-2020, 10:06
-
Dünən, 13:55
Bağça müəlliməsi çəkiliş qrupunu görüb pəncərədən qaçdı – VİDEO
-
Dünən, 13:40
“Veteran” adı almağa "ödənişli" kömək... - Əlillər şikayət edir, laboratoriya həkimi özünü təqsirli bilmir
-
Dünən, 13:37
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR "GÖRMƏMƏZ" LİYİ – Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik
-
Dünən, 13:35
Aparıcı Aygün Muradxanlıdan ritorik sual: Deputat Eldar dələduz Eldardan saxta medalı neçəyə alıb? - VİDEO
-
Dünən, 13:33
"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR - "Şikayət etmək mənasızdı..."
-
Dünən, 09:38
“Dost” estetik mərkəzində Gülbadə Abdullayeva necə estetik əməliyyatlar edir?-Videofakt
-
3-10-2025, 23:33
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb – Əliağa Kərimov da sabiq direktor kimi..
-
3-10-2025, 23:20
QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi
-
3-10-2025, 23:13
Seyidin şirkəti cərimələndi, rəhbəri də öldürülmüşdü – “Mir Şəms” MMC
-
3-10-2025, 23:11
“Balakhani Oil” xalqın sərvətini talayır – Deputat
-
3-10-2025, 22:56
Oqtay Şirəliyev vəfat etdi
-
3-10-2025, 22:54
Səhiyyə naziri yola salınır - İLGİNC İDDİA
-
3-10-2025, 16:03
Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
3-10-2025, 15:15
Tovuzda fermerlərin qanuni pay torpaqları rüşvətlə başqasına satılıb – VİDEOFAKT
-
3-10-2025, 14:17
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi - Dövlət resurslarının ailə marjasına transferi...
-
3-10-2025, 12:25
“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
-
3-10-2025, 12:22
“Əzizbəy” MTK (“ETALON”) sakinlərdən çıxarış üçün arayışı 1000-1500 manata verir?
-
3-10-2025, 12:20
“Növbəti işgəncədən sonra pasportumu götürüb qaçdım” - MSK sədrinin gəlini
-
3-10-2025, 12:17
Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş
-
3-10-2025, 12:16
Nazir oğluna məxsus “məktəbli avtobuslar”ındakı qiymətlər narazılıq yaratdı
-
3-10-2025, 12:09
Səbaildə qanunsuz tikinti… - İcra “təcili tik” əmri verdi – Foto
-
3-10-2025, 09:42
Azərbaycanda toylarla bağlı yeni qadağa? – Dəyişiklik gündəmdə
-
3-10-2025, 09:40
Zəbt olunan səkilər: Sakinlərə çətin anlar yaşadan küçə
-
3-10-2025, 09:39
AHİK-də daxili intriqalar pik həddə çatır - General qızına "DUR" deyən olacaqmı?!
-
2-10-2025, 17:24
Qadağa qoya bilmərik ki, ölünü biz istədiyimiz kimi ağla...”
-
2-10-2025, 17:19
Qazaxda QALMAQAL! Məmməd Alıyev şəhidlərin xatirəsinə keçirilən tədbiri dayandırdı
-
2-10-2025, 16:43
Zaur Mikayılovdan Mehriban Əliyevaya şikayət olundu
-
2-10-2025, 09:43
Təzə direktor kollecdə özünə komanda yaratmaq üçün əmək qanunericiliyinin tələblərinə tüpürür
-
2-10-2025, 09:29
Dördmərtəbəli binanın 7-ci mərtəbəsi: Xətainin icra başçısının icazə verdiyi qanunsuz tikili - FOTO
-
2-10-2025, 09:27
Şəhid Əzizbəy Muradovun atası baxça müdirəsi Sevinc Mikayılovanın gizlin əməllərini ifşa etdi: Uşaqların ərzaqları oğurlanır….