Neft bazarı yenidən təlatümdə - Brent də mənfi qiymətə düşəcəkmi?

  
Neft bazarı ayın son həftəsində yenidən dalğalanmağa başlayıb. Belə ki, Londonun ICE birjasında Brent neftinin iyun fyuçersləri üzrə qiymət Bakı vaxtı ilə saat 10.38-də 5 faizdən çox ucuzlaşaraq 20,36 dollara düşüb. Brentin iyul fyuçerslərində də 3-5 faiz ucuzlaşıb. 
Nyu-Yorkun NYMEX birjasında ABŞ-ın WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 12,46 faiz ucuzlaşaraq 14,83 dollar təşkil edib. Bundan bir saat öncə isə WTI 11,76 dollara qdərə ucuzlaşıb.
Bazardakı bu təlaşın əsas səbəbi olaraq Brent markalı neftin may fyuçerslərinin müddətinin aprelin 30-da bitməsi göstərilir. Bildirilir ki, investorlar bu fyuçerslərin də WTI-ın ötən həftənin əvvəli yaşadığı taleni yaşamasından ehtiyatlanırlar. Qeyd edək ki, həmin vaxt WTI neftinin may fyuçerslərinin qiyməti mənfi 40 dollara qədər ucuzlaşmışdı./Musavat.com/
Tarix: 27-04-2020, 12:52
Xəbəri paylaş



Xəbər lenti