Futbol tarixinin ən yaxşı “11-liy”i açıqlanıb


“France Football” nəşri futbol tarixində xəyalların komandasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı “11-lik”də hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi və İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Kriştiano Ronaldudur.
Rəmzi heyət 3-2-2-3 taktiki sxemi üzərində hazırlanıb.
Ən yaxşı “11-lik”də Lev Yaşin (Rusiya), Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya), Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya), Lionel Messi ("Barselona", İspaniya), Luis Nazario de Lima Ronaldo (Braziliya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya) yer alıb.
Qeyd edək ki, xəyalların komandasını "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Tarix: 15-12-2020, 10:05
Xəbəri paylaş



Xəbər lenti