"Real Madrid"in baş məşqçisindən istefa açıqlaması


"Real Madrid"in baş məşqçisindən istefa açıqlaması
Zinəddin Zindan: "Bu barədə düşünmürəm. İşləmək üçün gücüm var"
 
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda Ukraynada Donetsk "Şaxtyor"una 0:2 hesablı məğlubiyyəti şərh edib.
 
AYNA xəbər verir ki, fransalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qara zolaq"da olduqlarını bildirib.
 
48 yaşlı baş məşqçi istefa məsələsinə də toxunub: "Hazırkı reallıqda işimizi davam etdirməliyik. Matça yaxşı hazırlaşmışdıq. İlk hissəni əla keçirsək də, qol vurа bilmədik. Daha bir oyunumuz qalıb. Qələbə qazanmalıyıq. İstefa məsələsinə gəlincə, bu barədə düşünmürəm. İşləmək üçün gücüm var. Başımızı qaldırıb, növbəti oyunu fikirləşməliyik. Başqa yolumuz yoxdur".
 
Qeyd edək ki, 5 oyundan cəmi 7 xal toplayan "Real Madrid" B qrupunda 3-cü pillədə qərarlaşıb.
Tarix: 2-12-2020, 10:23
Xəbəri paylaş



Xəbər lenti