Suares Ronaldo və Messini arxada qoydu - Mütləq rekord



Uruqvay millisinin futbolçusu Luis Suares yeni rekorda imza atıb.
Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı futbolçu olub. O, DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvadorla oyunda (2:4) dubl edərək ümumi qol sayını 41-ə çatdırıb.
Bununla da Suares mütləq rekordçu olub. O, braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Hər iki futbolçunun aktivində 39 qol var.
Tarix: 14-10-2020, 15:51
Xəbəri paylaş



Xəbər lenti