“Barselona” Messinin xahişini rədd etdi



“Barselona” rəhbərliyi hücumçu Lionel Messinin görüş tələbini rədd edib və müqavilədəki 700 milyon avroluq təzminat ödənişi bəndinə əməl edib.
KONKRET.az xəbər verir ki, bu barədə “BBC Sport” və “Diario Sport”un jurnalisti Guillaume Balaguet “Twitter” səhifəsində yazıb.
Bundan əvvəl Messi vəkilləri ilə birlikdə müqavilənin ləğvinin təfərrüatlarını həll etmək üçün mavi qranat rəhbərliyi ilə görüş keçirməyi planlaşdırırdı. Argentinalı münaqişə və məhkəmə çəkişmələri olmadan klubu tərk etmək istəyir.
Lionel hüquqi yardıma inanır və müqavilədəki bu variantdan istifadə etmək istəyir.
Hər mövsümün sonunda o, klubu pulsuz tərk edə bilər.
Qeyd edək ki, “Mançester Siti” “Barcelona”ya Messinin transferi üçün maliyyə feyr-pley qaydalarını pozmayacaq bir təklif hazırlayır.
“Şəhərlilər” “argentinalı üçün 100 milyon avro təklif edəcək. Razılığa üç futbolçu – Gabriel Jesus, Bernardo Silva və Eric Garcia da daxil ola bilər.
Tarix: 29-08-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti