
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda ermənilər Ağdərə rayonundan başlayaraq Kəlbəcərdən keçməklə 1988-ci ilin dekabrınadək Azərbaycan türklərinin yaşadığı Ermənistanın Basarkeçər (Vardenis) rayonunadək (Göyçə mahalı) qədər yolun 18 km-nə asfalt çəkməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Adı çəkilən yol bir neçə il əvvəl tikilib. Ermənilər Azərbaycanın qədim torpaqlarında yeni 3-cü yolun da çəkilişinə start veriblər.
Bununla bağlı iyunun 11-də Avropa Parlamenti İrəvanın Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək planlarını qınayıb, çünki bu qərar Azərbaycanın rəsmi orqanlarının razılığı olmadan və beynəlxalq hüquqa zidd olaraq verilib.
Tarix: 23-06-2020, 21:46