Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.APA-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.
Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.
Qeyd edək ki, dünən deputat Sahib Alıyev status yazaraq, koronavirusa yoluxduğunu bildirib.
Tarix: 21-06-2020, 21:28