Dünya ikinci dalğaya hazırlaşsın- XƏBƏRDARLIQ


Dünya ikinci dalğaya hazırlaşsın- XƏBƏRDARLIQ

Cənubi Koreya Səhiyyə Nazirliyinin Fəlakətlər İdarəetmə bölməsinin nümayəndəsi Son Yunqra bütün dünyanı koronavirusun ikinci dalğasına hazır olmağa çağırıb.

Cebhe.info xəbər verir ki, Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KCDC) və Cənubi Koreyanın Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi onlayn görüşdə Cənubi Koreyanın pandemiya ilə mübarizə təcrübələri paylaşılıb.

Yunqra ölkədə gündəlik həyatın sosial məsafəyə uyğun davam edəcəyini bildirib: "Beləliklə, ikinci dalğa olsa belə, yavaş gedəcək, virusla daha çox mübarizə aparmaq olacaq.

İdman, sənət, mədəniyyət fəaliyyətləri davam edəcək. Görülən tədbirlər sayəsində yoluxma sayında artım olmadı. Bu da tədbirlər alaraq virusla yaşamağın mümkün olduğunu göstərir". Yunqra həmçinin qeyd edib ki, peyvənd tapılana qədər virus yox olmayacaq, bu müddətdə dərman və plazma müalicəsi kimi üsullarla xəstəliklə mübarizə aparmaq olar.

Tarix: 7-05-2020, 20:10
Xəbəri paylaş



Xəbər lenti