Koronavirusa yoluxanların sayında ciddi azalma: AZƏRBAYCANDA


Koronavirusa yoluxanların sayında ciddi azalma: AZƏRBAYCANDA

Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Cebhe.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1080 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat edib,, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılıb.

Tarix: 25-04-2020, 21:34
Xəbəri paylaş



Xəbər lenti