İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Şakir Cavadovu ziyarət edib


Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Köçərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Cavadov Şakir Müzəffər oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Cavadov Şakir Müzəffər oğlu Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə elə həmin istiqamətdə gedən döyüşlər zamanı yaxınlığına artilleriya mərmisinin düşməsi nəticəsində sağ döş qəfəsi və ayaqlarından qəlpə yarası almış, hərbi hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra ordu sıralarından ehtiyyata buraxılan Şakir Cavadova döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir. Qazimiz dövlət tərəfindən avtomobillə təmin edilmiş və mənzillə təmin edilməsi üçün Tərtər Rayon İcra Hakimiyyətində uçota alınmışdır.

Şakirin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.




Tarix: 22-01-2026, 21:19
Xəbəri paylaş



Xəbər lenti