Biləsuvarda küçələrin işıqlandırma sisteminin təmiri işlərinə yarım milyondan çox vəsait sərf ediləcək – İşi 10 manatlıq şirkət görəcək



Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinə (büdcə və büdcədənkənar vəsaiti hesabına) 510 632 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Euroservise” MMC görəcək.

 

Biləsuvar Rayon İcra Hakimiyyəti və şirkət arasında müqavilə imzalanıb. MMC-nin nizamnamə kapitalı 10 AZN-dir.


Tarix: 3-12-2025, 21:58
Xəbəri paylaş



Xəbər lenti